Araz Əlizadə: "Şər-böhtan atıramsa İqbal Ağazadə məni məhkəməyə versin"

Araz Əlizadə: "Şər-böhtan atıramsa İqbal Ağazadə məni məhkəməyə versin"
İki il əvvəl prezidentlik kürsüsü üstündə rəqib olan İqbal Ağazadə və Araz Əlizadə indi də deputat mandadı uğrunda qızğın mübarizədədir.
İqbal Ağazadə Araz Əlizadənin onun haqqında səsləndirdiyi fikirləri şər-böhtan adlandırıb. İqbal Ağazadə Araz Əlizadə haqqında "boş-boş işlərlə məşğul olmasın, daha ciddi işlərlə məşğul olsun" deyib.

Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadə İqbal Ağazadəyə cavab verib:

"Əgər mən şər-böhtan deyirəmsə İqbal Ağazadə millət vəkilidir, versin məni məhkəməyə. İqbal Ağazadə həmişə yalan danışıb. Hər dediyim sözün arxasında fakt durmasa ağzımı açmaram. Dairə Seçki Komissiyası İqbal Ağazadəyə xəbərdarlıq edib. Əgər o xəbərdarlıq yalandan edilibsə, Dairə Seçki Komissiyasının fəaliyyətindən Mərkəzi Seçki Komissiyasına niyə şikayət etmir? İqbal Ağazadə özünü müdafiə edə bilmirsə milləti necə müdafiə edəcək?!"

Qeyd edək ki, İqbal Ağazadə və Araz Əlizadə 35 saylı Xətai seçki dairəsindən namizədliklərini irəli sürüblər.


Oxşar Xəbərlər

Xəbər lenti