Avropa Məhkəməsi Azərbaycanın seçki qanunvericiliyi haqda

 

"Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəliyi həm də seçkilərin azad və şəffaf keçirilməsi ilə bağlıdır. Avropa Konvensiyasının bir saylı Protokolunda qanunverici orqana seçkilərlə bağlı öhdəlik əksini tapıb. Bu səbəbdən Avropa Məhkəməsinə yalnız parlament seçkiləri ilə bağlı müraciət edilə bilər”.

Sozcu.info-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə keçirilən seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.

Ç. Əsgərov deyib ki, bununla belə, Avropa Məhkəməsi seçkidə namizədliyi sərbəst irəli sürmək hüququnun təmin edilməsini zəruri sayır və bu məsələlərə baxır: "Ancaq Avropa Məhəkməsi namizədin seçkiləri udub-udmaması kimi müraciətlərə baxmır. Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki sahəsində qanuvericiliyi demokratiyaya xidmət edir".

Ç.Əsgərov deyib ki, Azərbaycanın seçki qanunvericiliyi Avropa Şurasının standartlarına cavab verir: "Avropa Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı ciddi pozuntular aşkar etməyib. Burada söhbət ancaq texniki məqamlarla bağlı olub".



Oxşar Xəbərlər

Xəbər lenti