Hər keçən gün Rusiya güclənir - Generaldan xəbərdarlıq


Ukraynaya qarşı müharibənin davam etdirilməsi Rusiyanı gücləndirir.

Sozcu.info xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının keçmiş komandanı general Tomaş Piotrovski deyib.

Onun sözlərinə görə, indi təşəbbüs Rusiyadadır, qüvvələrinin harada yerləşdiyinə və hara zərbə endirəcəyinə o qərar verir:

"Eyni zamanda, Ukrayna keçənilki yay hücumundan sonra müdafiəyə keçib. Deməli, təşəbbü hücum edən tərəfdə olanda, tempi o diktə edəndə, güclənir. Hansı istiqamətə nə qədər döyüş sursatı göndəriləcəyinə, kiminlə danışacağına, kiminlə masa arxasında oturub-durmayacağına qərar verən Rusiyadır.

Beləliklə, hər keçən gün Rusiyanı ciddi şəkildə gücləndirir, eyni zamanda Ukraynanı zəiflədir. Ən pisi isə odur ki, bunu hamı başa düşmür. Bu, təkcə Avropanın deyil, digər ölkələrin də təhlükəsizliyinə mənfi təsir göstərir".

axar.az



Oxşar Xəbərlər

Xəbər lenti