8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə görüşdə iştirak edib. Öz çıxışın əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbayan və Qazaxıstan arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verdiyini xüsusi vurğuladı.Bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün bir araya gələn üzv ölkələrin liderləri arasına Azərbaycan Prezidentinin 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Sammitdən sonra Astanada keçirilən Zirvə toplantısına da dəvət edilməsi dolayısı ilə Azərbaycanın artan nüfuzunun üzv ölkələr tərəfindən qəbul olunmasının göstəricisi, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. ŞƏT ölkələrinin bu gün qarşılaşdığı ən ciddi problemlərdən biri iqlim və ətraf mühit məsələsidir. Qlobal istiləşmə və dəyişkən hava şəraiti bölgə ölkələrinin ekosistemlərini pozur və arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu baxımdan Astana Sammitində COP29-a ev sahibliyi edəcək Azərbaycan xüsusi diqqət mərkəzində olmuşdur.Prezidentimiz öz tarixi çıxışında bir sıra prioritet məsələlərə toxunmuşdur. “Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq”. O qeyd edib ki, “Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini, Ermənistanın otuzillik işğalına son qoyduğunu və BMT-nin kağız üstündə qalan qətnamələrinin öz gücünə arxalanaraq reallaşdırdığını xüsusilə diqqətə çatdırdı.İlham Əliyev, həmçinin çıxışında COP29 məsələsinə toxunuaraq vurğulayıb ki, “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq”.Bu görüş yeni imkanların və perspektivlərin inkişafına yeni yollar açacaq, üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi üçün addımların atılmasına yönəlmiş ŞƏT–in məqsədlərinin reallaşdırılması istiqamətində öz töhfələrini verəcək.Nizaməddin Ağcayev
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info