Hacı Qalib deputat oğlunun adının siyahıya salınmamasından danışdı: - "YAP nə deyibsə..."


2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP tərəfindən namizədliyi irəli sürülməyən deputatlardan biri də Əliabbas Salahzadədir.

Sozcu.info xəbər verir ki, pravda.az bu barədə Ə.Salahzadənin atası, sabiq deputat Qalib Salahzadənin münasibətini öyrənməyə çalışıb.

O, oğlunun adının 125 namizədin sırasına daxil edilməməsinə belə reaksiya verib: “Əliabbas şəhərdə yaşayır, mən kənddə. Nəsə deyə bilmərəm. Yəqin, Partiya belə məsləhət bilib, vəssalam də. Burda nə var bəyəm? Hələ bayaq xəbər tutdu. Özü nə düşünəcək? Partiya nə deyibsə, odur, qurtardı-getdi...”



Oxşar Xəbərlər

Xəbər lenti