Davamlı və sabit əməkdaşlıq üçün bütün lazımi amillər mövcuddur

İyulin 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevə olan yüksək diqqət, səmimiyyət, liderlərin görüş üçün müraciətləri Azərbaycanın qitə üçün önəminin bariz nümunəsidir. Onlar Prezident İlham Əliyevi özlərinin enerji təhlükəsizliyi məsələsində qarantor, xilaskar kimi görür və qiymətləndirirlər. Birliyin Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlətimizin başçısının çıxışı da rəğbətlə və maraqla qarşılandı.


Prezident İlham Əliyevin dəyirmi masada söylədiyi “enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq” fikirləri Avropa ölkələri üçün böyük dəstəkdir.


Şübhəsiz, bu görüşlər, hər şeydən əvvəl Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun günü-gündən artdığının əyani sübutudur. Bəli, düşünülmüş siyasəti ilə öz ölkəsinin ərazi bütövlüyünə nail olan, erməni faşistlər üzərindəki tarixi Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaradan, işğaldan azad edilmiş ərazilərdə geniş abadlıq-quruculuq işləri aparan Prezident İlham Əliyev bu gün dünyanın ən tanınmış liderlərindən biridir.

“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada Prezident İlham Əliyev enerji resurslarımızdan ətraflı söz açmaqla bir daha dünyanın diqqətini Azərbaycana yönəltməyə nail olub.

Aynur Həsənova

Suraxanı rayonu, Xarici dillər təmayüllü gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti