8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında Rusiyanın paytaxtı Moskva şəhərində görüş keçiriləcəyi barəsində mətbuatda yayılan məlumatların əsassız olduğunu bildirib.ANKA agentliyi bu təkzibi Türkiyə XİN-dəki yüksək vəzifəli məmura istinadla dərc edib. Diplomat deyib: "Prezidentimizin Moskvada Suriya Prezidenti Bəşər Əsəd ilə görüş keçirəcəyi barəsində məlumat həqiqətə uyğun deyil".Bundan əvvəl isə "Deyli Sabah" nəşri anonim mənbəyə istinadla, iki ölkə prezidentlərinin 13 illik fasilədən sonra bu ilin avqust ayında, Moskva şəhərində danışıqlar apara biləcəyini xəbər vermişdi.