Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına rəsmi səfəri haqqında məlum olduğu kimi avqustun 18-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan  Respublikasına rəsmi səfər etmişdir. Bu səfər  xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və  xarakteri xüsusi əhəmiyyət daşımaqla yanaşı, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Dövlətlərarası strukturun fəaliyyət  sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayı ərzində əmtəə dövriyyəsinin artımı  əməkdaşlığın böyük potensialından  xəbər verir. Azərbaycan və Rusiya arasında  humanitar sahədə də əməkdaşlıq özünü göstərir. Ölkəmizdə rus dilində tədris aparılan 324 orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 160 min şagird təhsil alır.  26  ali təhsil müəsssəsində 15 mindən çox tələbənin təhsil aldığı rus dili  bölmələri var. Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi də daim diqqət mərkəzindədir. Bu gün M.V. Lomonosovadına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin  filialları uğurla  fəaliyyət göstərir.
Ötən ilin sentyabrından sonra  Azərbaycan  öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi. Bu  yeni şərait Cənubi Qafqazda möhkəm və  dayanıqlı sülhün bərqərar  olması üçün  əsaslı zəmin  yaratdı.  Belə bir şəraitin qorunub saxlanması və uzunmüddətli olması üçün  Azərbaycan və Rusiya  dövlətlərinin sıx əməkdaşlığı mühüm bir amildir.
Dövlətlərarası münasibətlərin inkişafı üçün nəqliyyat dəhlizlərinin genişləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi  önəmli bir məsələdir. Azərbaycan ərazisində “Şimal –Cənub dəhlizinin  həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri  tam şəkildə reallaşdırılıb və  uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsini  modernləşdirmək  üşün  lazımı işlər görülür.
Bu gün həmçinin  Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səyahət dinamikasında da artım müşahidə olunmaqdadır. Bu məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar  mütəmadi xarakter  daşıyır. Rusiya və Azərbaycan şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dönəmində bu qədər qarşılıqlı  reys  olmayıb.
İki qonşu dövlət arasında əməkdaşlıq bütün bunlarla yekunlaşmır. İstər energetika sahəsində, istərsə neft-qaz sektorunda, həmçinin elektrik enerjisi sahəsində aparılan işlər  perspektiv əməkdaşlığın əsas istiqamətləridir. Son dövrlər ekoloji fəlakətin meydana çıxması  bütün dünyanı narahat edən qlobal bir məsələyə çevrilib.  Dövlətlərarası münasibətlərdə mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin həyata keçirilməsi də  nəzərdə tutulan əsas məsələdir.
Məlum olduğu kimi bu ilin noyabrında Bakıda COP-29 beynəlxalq səviyyəli iqlim konfransı  keçiriləcək.  Bir çox dünya ölkələrinin qatılacağı  bu  konfrans  Rusiya tərəfindən də dəstəklənir. Bu konfransın Rusiya tərəfindən dəstəklənməsi müstəsna əhəmiyyət kəsb edir. Düşünürəm ki,  Azərbaycan və Rusiya dövlətinin əməkdaşlığı daimidir. Elə avqustun 19-da  Bakıda keçirilən görüş bunu bir daha təsdiqləyir. Görüşü zamanıbir sıra sənədlər imzalanmışdır. İmzalanan sənədlər dövlətimizingələcək inkişafı üçün atılan mühüm bir addımdır və hər iki  ölkə arasında  əməkdaşlığın  daha da möhkəmlənməsinə böyük töhfələr verəcək.
Gülnarə Cəbrayılova
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti