8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü olub. Bu görüş iki ölkə arasında münasibətlərin inkişafının göstəricisi və hər iki xalqın bir-birinə yaxınlıqlarının göstəricisidir.İlham Əliyev öz çıxışında ilk ölkə arasında 2022-ci ildə imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannəmədən söz açaraq bildirdi ki, Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Rusiya və Azərbaycan həm müttəfiq, həm dost və qonşu kimi fəaliyyət göstərirlər. İqtisadi-ticari münasibətərdə daim artım müşahidə olunur. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir.Humanitar əməkdaşlıq sahəsinə də həmişə diqqət yetirilir.Görüşdə təhsil sahəsində olan məsələlərdə müzakirə edildi. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir.Rusiyanın aparıcı universitetlərinin iki filialı Azərbaycanda mövcuddur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Eyni zamanda regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə edildi. Azərbaycan 44 günlük müharibədən sonra öz suverənliyini və ərazi bütövlüyünü tam bərpa etdi.Görüşdə hər iki ölkə arasında digər mühüm məsələlərdə müzakirə olundu. Nəqliyyat sahəsində, neft-qaz məsələlərində iki ölkə arasında birgə əməkdaşlığın nəticəsi müzakirə olundu. Bildiyimiz kimi, bu ilin noyabr ayında COP 29 Azərbaycanda təşkil olunur. Bununla bağlı olaraq, Xəzərdə baş verən ekoloji vəziyyətlə bağlı müzakirələrə aparıldı. Xəzərin dayazlaşması hər iki ölkəni narahat edən məsələdir. Bununla əlaqədar olaraq, ekoloji fəlakətin qarşısını almaq üçün hər iki ölkə vəziyyəti birgə təhlil etməli, həll yolunu birgə tapmalıdılar.Keçirilən bu görüş və müzakirə olunan məsələlər Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edir.
Abdulla Məmmədov
Zığ bələdiyyəsinin sədri
Sozcu.info