4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
23-05-2025, 18:15
Azərbaycanda seçicilərin sayı açıqlanıb.
Sozcu.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, ölkədə 6 421 960 nəfər seçici var.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir.
MSK sədri seçki məntəqələrinin sayı barədə də məlumat verib: “6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir”.
Məzahir Pənahov qeyd edib ki, 135 məntəqə müşahidə aparmağın özünün xüsusi qaydaları var: "Bunların içində hərbi hissələrdə, həbsxanalarda yaradılan məntəqələr də var. Burada təhlükəsizliklə bağlı qaydalar var. Müşahidəçilər bu tələbləri bilməlidir. Digər məntəqələrdə müşahidəçilərə Seçki Məcəlləsindən kənar heç bir müdaxilə ola bilməz”./Axar.az/