İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdədir

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.
Sozcu.info  
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
İlham Əliyev və Mehriban Əliyeva, həmçinin burada Xudavəng monastır kompleksində olublar.
Onlar Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə də tanış olublar.
Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.



Oxşar Xəbərlər

Xəbər lenti