8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümünü qeyd etdik. Bu gözəl gündə Cəbrayıl rayonunda yerli sakinlərlə görüşən cənab Prezident İlham Əliyevin dediyi kimi “bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik.”Öncə qeyd edək ki, Cəbrayıl Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və başqa bu kimi el sənətkarlarının vətənidir. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. Cəbrayıl rayonu güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə həmişə ölkəmizdə fərqlənmişdir.Cəbrayıl ərazisinin azad olunmasının əsası 5 yanvar 1994-cü il tarixində qoyulmuş, həmin vaxt Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi.Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi.Cəbrayılın inkişafı ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmışdır. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır. Gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur.Təəssüf ki, bu gün insan hüquqlarından ağızdolusu danışan, hüquqlarının pozulduğunu iddia edən, lakin bir fakt belə göstərə bilməyən ermənilər işğal zamanı kimsəyə rəhm etmədən yerli sakinləri son nəfərinə qədər ərazidən qovmuş, əllərinə keçən hər kəsi isə güllələmişlər. Yuxarıda qeyd edilən təsərrüfatlar, təhsil müəssisələri, mədəniyyət obyektləri isə sözün əsil mənasında vəhşicəsinə tar-mar edilmişdir. Erməniləri əlində oyuncaq edən ağaları, xüsusən Fransa və ABŞ bu vandalizmə qarşı bircə dəfə də olsun etiraz etməmişlər.Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.Lakin Ermənistan təhlükəli oyunlara qoşulub. Yenə də revanşist siyasətlərindən əl çəkmək istəmirlər. Lakin onlar və ağaları bir şeyi başa düşməlidirlər ki, Azərbaycan xalqı və iqtidari vahid ideya- Öncə Vətəndir ideyası ətrafında sıx birləşib və belə olanda xalq da, dövlət də basılmaz olur. Onlar bunu yaxşı düşünməlidirlər.Arzu MiriyevSuraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info