Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Sozcu.info "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Avropa Parlamentinin deputatlarının çağırışına baxmayaraq, Gürcüstan hökuməti Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib. Bu barədə Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili jurnalistlərlə söhbətində məlumat verib. Açıqlamada bu cür addımların ölkənin iqtisdiyyatına zərər verdiyi və gürcü xalqının maraqlarına zidd olduğu bildirilir.Nazir deyib: "Biz bütün addımları gürcü xalqının maraqlarından çıxış edərək atırıq. Biz tərəfdaşlarımıza izah etməliyik, tərəfdaşlarımız isə başa düşməlidirlər ki, bizim bütün qərarlarımız ölkənin rifahına xidmət edir. Bu, həm də ümumilikdə Avropanın rifahının bir parçasıdır".Qeyd edək ki, Avropa Parlamentinin deputatlarının hazırladıqları qətnamə layihəsində xarici agentlər barəsində qanun ilə ailə dəyərlərinin müdafiəsi haqqında qanun tənqid edilib, Gürcüstan hakimiyyətinə Rusiyaya qarşı kampaniyaya qoşulmaq və Mixalil Saakaşvilini həbsdən azad etmək çağırışı edilib.