Dünən, 23:05
Dünən, 16:39
17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
“Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələrinə yalnız Sünikdə yola nəzarət funksiyası verilə bilər”.
Sozcu.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı deyib.
O, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib:
“Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir”.
“Bu təklif bu yaxınlarda müəyyən dairədə səsləndi və mən soruşdum ki, bu nə deməkdir, Rusiya Federasiyası prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanını kim izah edə bilər? Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini izləmək üçün hansısa monitorinq funksiyası verilə bilər”, - Paşinyan qeyd edib.Musavat.com