“BU ŞANTAJ XARAKTERLİ BƏYANATDIR" - Siyasilər BAXCP sədrinin açıqlamasına etiraz etdi

“BU ŞANTAJ XARAKTERLİ BƏYANATDIR" - Siyasilər BAXCP sədrinin açıqlamasına etiraz etdi

 

Əli Əliyev: "Qüdrət Həsənquliyevin bəyanatı tək özünün deyil, həm də onun yaxın olduğu oliqarxlara bağlı mövqedir”

Sülhəddin Əkbər: "Dövlət başçısı artıq mesaj verdi ki, bizim iradəmizə, siyasətimizə heç bir xarici qüvvə təsir edə bilməz”

"Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq”.

Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bir neçə gün öncə Gəncədəki olaylarla bağlı apa-ya müsahibəsində bildirib.

Hadisələrin baş verməsində bir çox səbəblərin təhrikçi rol oynadığını deyən Q. Həsənquliyev qeyd edib: "Məsələn, Rusiya yəqin ki, silah satışına dair yeni müqavilələr imzalamaq istəyir. Bundan başqa, Azərbaycanın Qərblə, xüsusilə ABŞ-la münasibətlərini genişləndirmək və gücləndirmək səyləri, İsraillə hərbi əməkdaşlıq da qonşularda qıcıq yaradır. Başqa bir səbəb isə, çox güman ki, ictimaiyyətin Qarabağın azad olunmasını daha israrla tələb etməsidir. Bu hadisələri təşkil etməklə bizə ismarıc yolladılar. Düşünürəm ki, hadisələr hələ bitməyib. Baş verənlər əsas döyüş qabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan kəşfiyyat döyüşünə bənzəyir”.

"Bu hadisələri təşkil etməklə bizə ismarıc yolladılar” deyən Q. Həsənquliyev özü də əslində, kimlərəsə mesaj yollayır: "Düşünürəm ki, hadisələr hələ bitməyib. Baş verənlər əsas döyüş qabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan kəşfiyyat döyüşünə bənzəyir. Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq. Xalqın iqtidara qarşı çıxmadığını görüb, bu dəfə hansısa bölgəni terrorçu qruplar ("yaşıl adamcıqlar”) vasitəsilə mərkəzi hökumətin nəzarətindən çıxarmağa və dövlət çevrilişinə cəhd edə bilərlər” .

Əslində, Q.Həsənquliyevin bu ifadələri lazımi orqanları tərəfindən araşdırılmalı, onun bu informasiyanı kimlərdən alması ortaya çıxarılmalıdır. Bəlkə kiməsə bu informasiya elə-belə gələ bilər. Əslində, çox ciddi informasiyalardır. Məhz bu buna görə də informasiya mənbəyi olan bir adam kimi Q. Həsənquliyev hüquq-mühafizə orqanları tərəfindən dindirilməli, məsələyə aydınlıq gətirilməlidir və bununla bağlı ictimaiyyətə açıqlama verilməlidir. Çünki bu kimi informasiyalar dövlətimizlə yanaşı, həm də xalqımızda narahatçılıq yaradır. Əslində, Rusiyanın burada təxribat törədəcəyini deməsi Həsənquliyevin Rusiya xüsusi xidmət orqanlarına yaxın olduğu ehtimalını artırır. Yoxsa, bu cür informasiyalar cənab Həsənquliyevdə haradandır?

İnfromasiyanın dəqiqliyinə əmin olan deputat hətta hökumətə ciddi addımlar atmağın lazım olduğunu belə vurğulayıb: "Ona görə də hökumət qarşıdakı aylarda ciddi və düşünülmüş qərarlar qəbul etməli, Rusiya və İranla eyhamlarla, üstüörtülü yox, açıq danışmalı, beynəlxalq birliyi baş verənlər barədə məlumatlandırmalıdır”. Görünür, BAXCP sədri böyük informasiyaya malikdir ki, payızda dövlət cevilişinə cəhd olacağını söyləyir. Əsk təqdirdə, bu, araqarışdırmaqdan başqa bir şey deyil.

"Rusiya ilə bağlı olan məmurların vəziyyətdən çıxış yolu kimi qiymətləndirilməlidir”

Картинки по запросу əli əliyev

Q. Həsənquliyevin açıqlaması ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev"Hürriyyət”ə bildirdi ki, o, "Rusiya Azərbaycandan istədiyini ala bilməsə, çevrilişə cəhd edəcək” fikri ilə razılaşmır: "Bu şantaj xarakterli ifadədir. Ümumiyyətlə, Qüdrət Həsənqiliyev uzun müddətdir ki, mətbuat vsaitəsilə Azərbaycanın Avrasiya İttifaqına daxil olamasının zəruriliyini bildirir. Çox güman ki, "istədiyini ala bilməsə” ifadəsi Azərbaycanın Avrasiya İttifaqına daxil olması məsələsidir. Azərbaycanın Avrasiya İttifaqına daxil olması Azərbaycanın müstəqilliyinin, suverenliynin itirilməsi anlamına gəlir, yanlış xəttdir. Azərbaycanın son 25-26 ildə əldə edilmiş nailiyyətlərinin üstündən xətt çəkilməsidir. Rusiya ilə bağlı olan məmurların vəziyyətdən çıxış yolu kimi qiymətləndirilməlidir. Rusiyada biznes qurmuş və orada siyasi bağlara malik, böyük məmurlarla iş ortağı olan Azərbaycan oliqarxlarına aid və maraqlı mövqedir. Rusiya heç bir halda, xüsusən dünyanın indiki durumunda Azərbaycana dair açıq təcavüzə gedə bilməz. Bu, istisnadır. Rusiya Azərbaycanda bir sıra məmurların mövqeyinin itirilməsindən narahatdır. Bu, aydın görünür və istisna etmirəm ki, verilmiş müsahibədəki həmin bəyanat da təkcə o partiyanın, o siyasətçinin deyil, həm də o siyatəçinin yaxın olduğu oliqarxlara bağlı mövqedir”.

"Bu, birinci halda Rusiya xüsusi xidmət orqanlarına bağlıdır”

"Qüdrət Həsənquliyev haradan bilər ki, payızda daha böyük təxribat olacaq” sualına Ə. Əliyev belə cavab verdi: "Mən bir söz deyə bilmərəm. Əslində, bu çox yaxşı sualdır. Ümumilikdə, bu kimi məsələləri bilmək üçün gərək həmin dövlətlərin xüsusi xidmət orqanlarının içində olasan və yaxud o formada əlaqələrin olmuş olsun. Əgər bu əlaqələr varsa da pisdir, yoxdursa, o məlumatlar havadan götürülürsə, yenə də pisdir. Bu, birinci halda Rusiya xüsusi xidmət orqanlarına bağlıdır, ikinci halda isə araqarışdıranlıq kimi başa düşülə bilər”.

"Hakimiyyət Rusiyaya bağlı siyasi qüvvələri sıradan çıxartmalıdır”

"Rusiya və İranla eyhamlarla, üstüörtülü yox, açıq danışmalı, beynəlxalq birliyi baş verənlər barədə məlumatlandırmalıdır” düşüncəsi nədən irəli gəlir” sualını isə Ə. Əliyev belə cavablandırdı: "Mən məsələnin üzərindən pərdəni götürmək istəmirəm. Həmin partiyanın hansı oliqarxa bağlı olduğu barədə cəmiyyətdə çox aydın bilgilər var. Ola bilər ki, həmin siyasi çevrələr aparılan siyasətdən narazıdırlar və narahatdırlar. O partiyanın bağlı olduğu siyasi çevrələr ölkədə eniş, qürub mərhələsini yaşayırlar və bu qürubun qarşısnın alnması ancaq Azərbaycanın Rusiya və İran kimi ciddi qonşuları ilə üzbəüz qoyulması halında mümkün ola bilər. Bu şantaj xarakterli bəyanatlardır. Azərbaycan hökumətini biz tənqid edirik. Azərbaycan hakimiyyəti bir sıra məsələlərdə yanlış siyasət yürüdür. Amma onun uğurla apardığı 1-2 siyasət var ki, onlardan biri də xarici siyasətdir. Mənə elə gəlir ki, ölkə hakimiyyətinin apardığı xarici siyasət düzgün siyasətdir. Burada kiminləsə örtülü, kiminləsə açıq siyasət aparılmasına ehtiyac yoxdur. Rusiya və İranla aparlan siyasətdə də müəyyən məqamlar bizi qane etməyə bilər, ancaq bütövlükdə aparılan siyasəti doğru hesab edirəm və heç bir paradiqma dəyişikliyinə yol vermək olmaz. Mənim fikrimcə, hakimyyət köhnə qvadiyanın sıradan çıxarılması ilə məğul olmalıdır. Rusiyaya bağlı siyasi qüvvələri sıradan çıxartmalıdır, onların hakimiyyətdəki uzantılarının qarşısını almalıdır. Onları neytrallaşdırmaq yolu tutmalıdır. Son aylarda bu xəttin olması aydın görünür. Belə olduğu təqdirdə təbii daxildə müəyyən təzyiqlər ortaya çıxacaq. Bu təzyiqlərə diqqət yetirmək lazım deyil, xətt aydın aparılmalıdır. Azərbaycan hakimyyəti və siyasi mühit Rusiyanın və İranın təsiri altında olan qüvvələrdən azad edilməlidir”.

"Rusiyanın Azərbaycana yönəlik bu cür davranışları olub”

Картинки по запросу sülhəddin əkbər

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə dedi ki, zaman-zaman Rusiyanın MDB dövlətlərinə, xüsusən Azərbaycana yönəlik bu cür davranışları olub: "Məsələn,1993-cü ildə 4 iyunda baş verən hərbi qiyam buna ən kiçik nümunədir. Bu baxımdan mümkündür. Nəzərə alsaq ki, Qüdrət Həsənquliyev həm milliət vəkilidir, həm də bir siyasi partiyanın rəhəridir, yəqin ki, əlində hər hansı bir məlumat olmadan belə açıq bəyanatlar verməzdi”.

"Görünür, əlində hər hansı bir məlumat var”

"Qüdrət bəy payızda daha böyük təxribatlar, hətta çevrilş cəhdi olacağını haradan bilər ki” sualına S. Əkbər belə cavab verdi: "Qeyd etdiyim kimi, Qüdrət Həsənquliyev həm millət vəkilidir, həm də gəncliyindəm siyasətlə məşğu olur, hazırda bir siyasi partiyanın rəhbəridir. Yəqin ki, həm partiya sədri, həm də millət vəkili olaraq hakimyyət nümayandələri ilə əlaqələri var. Onun açıqlamları ilə mən də tanışam. Görünür, əlində hər hansı bir məlumat var. Məlumat olmadan belə bir açıqlama verməzdi. Çünki Azərbaycanın, mövcud hakimiyyətin hazırda çox yaxşı münasibətlərdə olduğu bir dövlət haqqında əlində bir əsas olmadan belə fikirlər söyləməzdi”.

"Bakıdan hər hansı bir tələb varsa, İlham Əliyev yerinə yetirməyəcək”

Deputatın "Rusiya və İranala üstüörtülü deyil, açıq danışılmalı və beynlxalq birliyə məlumat verilməlidir” fikrinə isə ADP sədri belə cavab verdi: "Bu, artıq ölkənin siyasi rəhbərliyinin müəyyən etdiyi stategiyadan, operativ taktiki gedişlərdən asılıdır. Mən bilmirəm ölkənin xarici siyasətini müəyyən edən əsas şəxs, İlham Əliyev hansı strateji xəttə üstünlük verir. O barədə mənim heç bir məlumatım yoxdur. Amma hər bir dövlətin öz xətti olur. Məsələn, demokratik dövlətlərdə dövlətin strategiyası dövlət institutları tərəfindən müəyyən olunur və burada dövlətin həm ictimaiyyət, həm müxalifət, həm parlament, həm də elmi dairələri, hamı bu siyasi xəttin işlənib hazırlanmasında iştirak edir və icra orqanı da bu strategiyanı həyata keçirir. Bir çox ölkələrdə bu barədə qanaun, strategiyalar, konsepsiyalar qəbul olunur və o rəsmi hal alır. Dövlət siyasəti rəsmi ideya və nəzəri baxışlar sistemidir. Yəni artıq sadaladıqlarım bu prosedurlardan keçmiş, qəbul olunmuşdur. Azərbaycanın da mili təhlükəsizlik konsepsiyası var, hərbi doktrinası var, xarci siyasət konsepsiyası var. Bunlar rəsmi sənədlərdir. Dövlət başçısı da bu çərçivədə hərəkət etməlidir. Amma icraya yönəlik addımları atmağa gəldikdə dövlət başçısının burada müəyyən sərbəstliyi var və heç şübhəsiz ki, əgər hər hansı bir dövlətdən təzyiq gəlirsə, bu təzyiqi neytrallaşdırmaq üçün həm təkbaşına, həm də özünə yaxın bildiyi, əməkdaşlıq etdiyi mərkəzlərlə bu barədə məsləhətləşmələr də apara bilər. Bu məsləhətləşmələr rəsmi də, qeyri-rəsmi də, açıq da, qapalı da ola bilər. Mənə elə gəlir ki, dövlət başçısının müşavirədə xarici müdaxilə haqqında bir bəyantı oldu. Düzdür, orada ölkə adı çəkmədi. Amma ölkə adı çəkməyə də ehtiyac yoxdur. Bu cür işlərdə hücüma məruz qalan ölkənin rəhbəri bilir ki, bu iş hansı dövlət tərəfindən və nə məqsədlə edilib. Orada artıq mesaj verdi ki, bizim iradəmizə, siyasətimizə heç bir xarici qüvvə təsir edə bilməz. Onları hətta şər qüvvə adlandırdı, dedi şər qüvvələr bizə təsir edə bilməz. Bu, əslində, mesajdır. Bu, o deməkdir ki, rəsmi Bakıdan hər hansı bir tələb varsa, İlham Əliyev yerinə yetirməyəcək”.



Oxşar Xəbərlər

Xəbər lenti