7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.
Sozcu.info xəbər verir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, MSK, həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb.
Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək.