8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İyunun 4-də Ramazan ayı başa çatır və ayın 5-də Azərbaycanda bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən açıqlamaya görə, bayram namazı "Əjdərbəy” məscidində saat 8:00, "Təzə Pir”-də isə 9:00-da qılınacaq.
İnanclı insanların namazın ayrı-ayrı saatlara salınması ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq.
QMİ-nin sədr müavini, İslam Universitetinin dekanı, ilahiyyatçı alim Hacı Fuad Nurullah Lent.azverdiyi açıqlamada bildirib ki, Ramazan ayının bitməsi ilə əlaqədar olaraq qılınacaq bayram namazı üçün mütləq eyni vaxt təyin etmək qeyri-mümkündür.
Onun sözlərinə görə, bayram namazının şəhərdəki bəzi məscidlərdə 8:00, bəzilərində 9:00-a təyin olunmasının səbəbi insanların rahat gəliş-gedişini təmin etməkdir:
"Dinimizdə belədir ki, orucunu tamamlamış, bayrama çatmış bir insanın bayram namazını qılması müstəhəbdir, yəni vacib deyil. Ramazanı tamamlamış insan bayram günü namaza qatıla bilər. Amma bayram günü namazı nə vaxt qılmaq olar? Yaxud da bir-iki saat fərqlə qılmaq olarmı? Yəni onun məxsusi vaxtı yoxdur. Gün çıxandan sonra Zöhr namazına qədər bayram namazı qılına bilər. Deyək ki, günün çıxması saat 6:00-dırsa, bayram namazı bu saatdan başlayaraq saat 1:00-a qədər qılınmalıdır”.
QMİ sədrinin müavini qeyd edib ki, ola bilər bəzi kənd, qəsəbə, şəhərin müəyyən yerlərində müxtəlif məscidlərdə imam, məscid rəhbərliyinin məsləhəti ilə bayram namazı ora gələn insanların imkanları daxilndə saat 8:00-a təyin olunsun: "Bəzi yerlərdə 8:00, bəzi yerlərdə 10:00-a təyin edə bilərlər. Müxtəlif saatlara ona görə təyin edirlər ki, dediyim kimi insanlar bayram namazına qatılsın, rahat namazda iştirak edə bilsinlər. Daha sonra Zöhr namazına qədər müəyyən ziyarətlərinə getsinlər. Rəhmətə getmişlərinin məzarlarını ziyarət edə, qocalara, xəstələrə baş çəkə bilsinlər”.
F.Nurullah onu da vurğulayıb ki, bayram namazının fərqli saatlarda olmasının məzhəblərlə heç bir əlaqəsi yoxdur: "Məzhəbindən asılı olmayaraq hər bir insan bayram namazlarında iştirak edə, namazı istədiyi məsciddə, istədiyi saatda qıla bilər bilər. Yəni hər bir məscidimizdə məzhəbindən asılı olmayaraq insanlar vəhdət şəkilində namaza qatıla bilirlər, burada heç bir məhdudiyyət yoxdur”.