8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Uşaqpulu ilə bağlı müzakirələr gündəmin vacib xəbərlərindən olaraq qalmaqdadır".
Bu barədə iqtisadçı-ekspert Vüqar Byaramov sosial şəbəkədə yazaraq bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən uşaqpulunun verilməsi ilə bağlı hazırlanan mexanizmin təqdimatından sonra məsələyə fərqli yanaşmalar müşahidə edilir:
"Rəsmi açıqlamalarda daha çox sosial qayğısı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur. CESD bu sahədə fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün, Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğun hesab edir. Belə ki, bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca, uşaqpulu məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaqpulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir.
Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaqpulu ciddi rəqəm hesab olunmaya bilər. Amma ayda 400 manat qazanan ailə üçün bu əhəmiyyətli dəstəkdir. Yəni, imkanlı ailənin uşaqpuluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu kimi, gəliri az olan ailələrin uşaqlarının sayına görə uşaqpulu alması daha məqsədəuyğn hesab oluna bilər. Bunun üçün Azərbaycanda "Gəlirlərin deklarasiyası haqqında” qanunun qəbul edilməsinə ehtiyac var. Kimin varlı və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməlidir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımdan da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaqpulunu ehtiyacı olan ailələri n müəyyənləşdirməsi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayın uyğun olaraq uşaqpulu formasında birbaşa ödəniş mümkündür. Bu həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün vacibdir. Bu baxımdan, uşaq”pulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaq pulundan faydalanmasına imkan verəcək. CESD-nin ilkin qiymətləndirilmələrinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq”.