Beynimiz niyə tez qocalır? - Qorxunc SƏBƏBLƏR

Beynimiz niyə tez qocalır? - Qorxunc SƏBƏBLƏR

 Tədqiqatçılar beynin tez qocalmasının səbəbini açıqlayıb.

Sozcu.info  publika.az-a istinadən xəbər verir ki, Harvard Universitetinin Bostonda yerləşən tibb məktəbinin tədqiqatçıları orta yaşlı insanlarda metabolik sindromun beyni erkən qocaltdığını iddia edir.

Tədqiqatın nəticələri "MedicalXpress"də dərc olunub.

Metabolik sindrom özünü piylənmə, hipertoniya, qanda şəkərin və xolesterinin miqdarının artması şəklində göstərir.

Araşdırma ərzində 37-55 yaşlı kişi və qadınların baş-beyin kompüter tomoqrafiyası tətbiq edilib. Eyni zamanda onlar arasında məntiqi testlər də aparılıb.

Tədqiqatın nəticələrinə əsasən, metabolik sindromu olanlarda beyin həcmi sağlam şəxslərlə müqayisədə kiçik olur. Həmin şəxslərdə qanda şəkərin çoxalması, demensiya və Altsheymer xəstəliyi riski yüksəkdir.

Metabolik sindromun qarşısının alınması üçün həkimlər balıq, meyvə-tərəvəz və taxıl məhsullarını tövsiyə edir.

Mütəxəssislər hesab edir ki, fiziki fəaliyyət də beynin işini yaxşılaşdıra bilər.



Oxşar Xəbərlər

Xəbər lenti