Rusiyada işləyən azərbaycanlılar ötən il Azərbaycana nə qədər pul göndəriblər?

Rusiyada işləyən azərbaycanlılar ötən il Azərbaycana nə qədər pul göndəriblər?

 

Ötən ilin 9 ayı ərzində (3 rüb) Rusiyada yaşayan əmək miqrantları hər ay öz ölkələrinə köçürmə sistemi vasitəsilə təxminən 442 dollar pul göndəriblər.

Sozcu.info  xəbər verir ki, bu, "Finexpertiza” şirkətinin apardığı araşdırma nəticəsində məlum olub.

Araşdırmada azərbaycanlı əmək miqrantları ilə bağlı məlumat da yer alıb. Şirkət əmək miqrantları arasında "Western Union”, "Zolotaya Korona”, "Unistream”, Rusiya Poçtu kimi ən populyar köçürmə sistemləri nəzərdən keçirib. Öz ölkəsinə ən çox vəsait göndərən çinli əmək miqrantları (2012 dollar) olublar. İkinci yerdə isə türkiyəli miqrantlar (1160 dollar) qərarlaşıb.

Ümumən Rusiyada yaşayan əmək miqrantları ortalama öz ölkələrinə 422 dollar göndərdiyi halda, MDB ölkələrindən gələn əmək miqrantları 377 dollar köçürüblər.

Məlumata görə, MDB ölkələri arasında ən çox vəsait göndərən qazaxıstanlı (850 dollar), gürcüstanlı (580 dollar), qırğızıstanlı (561 dollar) və azərbaycanlı (482 dollar) əmək miqrantlarıdır. Ermənistanlı əmək miqrantları isə hər ay ortalama 350 dollar vəsait göndəriblər.



Oxşar Xəbərlər

Xəbər lenti