16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək.
Sozcu.info xəbər verir ki, ilk yarış günündə stolüstü tennisçilər qüvvələrini sınayacaqlar. Yarışlar saat 10:00-da başlayacaq.
Ölkəmizi bu idman növündə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər.
Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.