Koronavirusla bağlı dünyada son durum : sağalanlar 3 milyonu keçib

 

Dünyada və Azərbaycanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir.

Lakin aprel ayı ilə müqayisədə dünyada yoluxma sayı enən xəttə keçib. Bu, bəzi ölkələrin hesabına belədir. Dünya üzrə ən çox yoluxma aprelin 19-dan sonuna qədər olan müddətdə baş verib.

Musavat.com xarici mətbuata istinadən bildirir ki, hazırkı saata görə dünyada  6 milyon 655 min 372 nəfər koronavirusa yoluxub.  Ölənlərin ümumi sayı isə 390 min 772-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 3 milyon 209  min 85 nəfər sağalıb. Eyni zamanda hazırda 3 milyon 55  min 515 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 55 min 137 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir.

Dünyada koronavirusun əsarətində qalan ABŞ-da yoluxma sayı yenə də yüksək olaraq qalır. Lakin bu say, əvvəlki günlərlə müqayisədə  aşağıdır.  Hazırkı saata görə ABŞ-da indiyədək 1 milyon 916 min 31 nəfər koronavirusa yoluxub. Son saatlarda 14  min 248  nəfər yoluxma, 758 nəfər isə ölüm halı qeydə alınıb.  Bildirək ki, ABŞ-da rəqəmlər əsasən Bakı vaxtı ilə saat 2 radələrində açıqlanır.

Koronavirüs: Brezilya'da salgından ölenlerin sayısı en yüksek ...

Dünyada koronavirusa yoluxma sayına görə ikinci yerdə Brazilya gəlir. Bu ölkədə də son günlər yoluxma və ölüm sayı kəskin şəkildə artır. Hazırkı saata görə artıq 11 min 132 nəfər yolxub, 491 nəfər isə ölüb. Brazilyada da saat fərqi olduğu üçün Bakı vaxtı ilə gecə saatlarında ölüm və yoluxma sayı tam olaraq açıqlanır. Məsələn, dünən Brazilyada 27 min 312 nəfər yoluxub, 1269 nəfər ölüb.

Dünya üzrə üçüncü yerdə şimal qonşumuz Rusiya gəlir. Rusiyada bu zamana qədər 441 min 108 nəfər koronavirusa yoluxub, 5 min 384 nəfər isə dünyasını dəyişib. Bu gün Rusiyada 8 min  831 nəfər yoluxub, 169 nəfər isə ölüb. Rusiyada iki həftəyə yaxındır ki, günlük yoluxma qeyd etdiyimiz rəqəmlərin ətrafında olur.

Dördüncü sırada gələn İspaniyada bu gün 334 nəfər yoluxub, 5 nəfər isə ölüb. İspaniya artıq koronavirus kabusundan çıxıb. Bu ölkədə əvvəlki həftələrlə müqayisədə yoluxma sayında on dəfədən çox azalma var.

Siyahıda 5-ci olan İngiltərədə də yoluxma sayı əvvəlki həftələrlə müqayisədə dəfələrlə azdır. Belə ki, bu gün İngiltərədə cəmi 1805 nəfər yoluxub, 176 nəfər isə ölüb.

Siyahıda 6-cı olan İtaliyada bu gün 177 nəfər yoluxub, 88 nəfər isə ölüb. İtaliyada da əvvəlki həftələrlə müqayisdə ciddi şəkildə azalma var. Bu ölkə də artıq kabuslu günlərini arxada qoyub.

Hindistanda 9 125 nəfər koronavirusa yoluxub - Report.az

Növbəti sırada yer alan  Hindistandır. Hindistanda yoluxma sürətlə artır və ölkə siyahıda pillə-pillə önə doğru irəliləyir. Bu gün Hindistanda 9 min 869 nəfər yoluxub, 275 nəfər isə ölüb. Əgər belə davam edərsə yaxın günlərdə Hindistan İtaliyanı da geridə qoyacaq.

Almaniya siyahıda 8-cidir. Bu ölkədə son saatlarda cəmi 487 nəfər yoluxub, 37 nəfər isə dünyasını dəyişib.

9-cu yerdə Peru gəlir. Ölkədə günlük yoluxma sayı hələ ki, açıqlanmayıb. Lakin dünən bu ölkədə 4 min 30 nəfər yoluxub, 127 nəfər isə ölüb.

Türkiye'de koronavirüs nedeniyle hayatını kaybedenlerin sayısı 107 ...

Qardaş Türkiyə siyahıda 10-cu yerə enib. Ölkədə bu gün 988 nəfər yoluxub, 21 nəfər isə ölüb. Türkiyədə də ötən həftələrlə müqayisədə günlük yoluxma sayında xeyli azalma var.

11-ci yerdə qonşumuz İrandır. Bu ölkədə son saatlarda 3 min 574 nəfər yoluxub, 59 nəfər isə ölüb.

Dünyaya koronavirus Çindən yayılsa da, hazırda bu ölkə siyahıda 18 ci sıraya qədər enib. Bu gün Çində 1 nəfər yoluxub,  ölən olmayıb...




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}