8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
Bu gün Azərbaycanda koronavirusla bağlı edilən testlərin sayı 5967-dir.
APA-nın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Ümumilikdə edilən testlərin sayı 152597-dir.
Qeyd edək ki, bu gün koronavirusa 40 yeni yoluxma aşkarlanıb. Ümumilikdə ölkədə koronavirusa yoluxma sayı 1894, ölüm sayı 25-dir. Virusa yoluxan 1411 nəfər sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 458-dir, onlardan 24-ü reanimasiyada, 8-i süni tənəffüs aparatına qoşulan xəstələrdir.