Neftçilər şəraiti bərbad yerlərdə qalırlar? – SOCAR-dan AÇIQLAMA + FOTOLAR

Neftçilər şəraiti bərbad yerlərdə qalırlar?

 

Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı neft buruqlarındakı neftçilərin, şəraiti çox pis olan yerlərdə yaşadıqlarını bildirib.
Sozcu.info  xəbər verir ki, bu barədə hüququ müdafiəçisi "Facebook” səhifəsində məlumat yayıb və sözügedən yerin fotolarını paylaşıb.



Məsələ ilə bağlı SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov Yeniavaz.com-a açıqlama verib və bildirib ki, sözügedən yerlərdə təmir işləri aparılıb:
"Orada artıq bir müddət əvvəl təmir işləri aparılıb və hazırda vəziyyət belə deyil. Bircə hamamın bərpa olunması, yenidən qurulması nəzərdə tutulub. Onun köhnəsini deyəsən söküblər. Təzə hamam-tualet otağı isə gəmi ilə aparılmalıdır. Hava şəraitinə görə bir neçə gün aparmaq mümkün olmayıb. Yəqin ki, yaxın zamanda o da quraşdırılacaq”.
İ. Əhmədov təmirdən sonra çəkilmiş fotoları redaksiyamıza təqdim edib.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}