Bu gün, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində ciddi yoxlamalar aparılır.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində ciddi yoxlamalar aparılır. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edildikdən sonra nazirliyin regional qurumlarının bəzilərinin fəaliyyəti araşdırılır. Bununla bağlı redaksiyamıza məlumatlı mənbədən daxil bilgiyə görə, cari təmir işləri üçün nəzərdə tutulan vəsaitlərin necə istifadə olunması əsas diqqət mərkəzindədir.
Xaçmaz Regional Mədəniyyət İdarəsinə dövlət büdcəsindən ayrılan pulların şəffaf xərclənməsi ilə bağlı şübhələr var. Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonların əhatə edən Nazim Ağayevin rəhbərlik etdiyi Xaçmaz Regional Mədəniyyət İdarəsinin maliyyə fəaliyyətinin yoxlanılacağı halda büdcəsindən ayrılan pulların şəffaf xərclənmədiyi haqqında şübhələr öz təsdiqini tapa bilər.
Bununla bağlı redaksiyamıza daxil olan məlumatda deyilir ki, Nazim Ağayevin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 13, mənzil 34-də yerləşən İntiqam Ramazanovun rəhbərlik etdiyi “İnpeks.N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə həyata keçirdiyi maliyyə əməliyyatları çox ciddi araşdırma tələb edir. Məsələn, kommunal-kommunikasiya xidmətlərinin müqabilində Xaçmaz Regional Mədəniyyət İdarəsi “İnpeks.N” MMC-iyə 62 min manatdan artıq pul ödəyib. Bundan başqa əsaslı təmir işləri üçün 44 min manat,yumşaq inventarın alınması üçün 35 min manat, dəftərxana və təsərrüfat mallarının alınması üçün 53 min manat, idarənin digər xərcləri adı altında 65 min manat, bərk inventor alınması adı altında 141 min manat, hanısa avadanlıqların alınması adı altında 112 min manat, istilik enerji haqqının ödənilməsi adı altında 67 min manat, sair xərclər adı altında 63 min manatdan artıq, digər maşın və avadanlıq 61 min manatdan artıq büdcə bulun Xaçmaz Regional Mədəniyyət İdarəsi “İnpeks.N” MMC-iyə ödəyib.
Bütün bu müxtəlif təyinatlı əməliyyatlar eyni bir dövlət qurumu ilə özəl müəssisə arasında həyata keçirilib. Bu əməliyyatların şəffaflığı isə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyytdan sonra üzə cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verilməsi mexanizmini üzə çıxardıqdan sonra daha çox şübhə doğurur.