Rafiq Abbasov və Zakir Sultanovun həbsi bəzi məmurlara problem yaradıb

 


Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldı. Bir gün sonra isə Səbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılaraq, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi. İstintaq onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə)  maddələri ilə ittiham irəli sürülüb.
Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad ediliblər. Mədəniyyət Nazirliyinin iki yüksək vəzifəlisi ilə bağlı əməliyyat-istintaq tədbirləri davam edir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Zakir Sultanovun həbsinin səbəblərindən biri Xidmətin İrəvan Dövlət Azərbaycan Dram Teatrının Binəqədi rayonu ərazisində yerləşən binasının əsaslı təmiri və yenidənqurulma işləri ilə bağlı həyata keçirilməli olan işlər olub. Qeyd edək ki, bu işlərin görülmsi üçün dövlət büdcəsindən 11 milyon manatdan artıq pul ayrılıb. İddiaya görə həmin 11 milyon manatdan artıq pulun önəmli bir hissəsi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti sabiq rəisi Zakir Sultanov və Mədəniyyət Nazirliyində mövcud olan korrupsioner qrup tərəfindən mənimsənilib.
Qeyd edək ki, İrəvan Azərbaycan Dövlət Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulması layihəsinin dəyişikliklərin olunması üçün layihə-smetası "Projekt Ltd” Məhdud Msuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb və dövlət büdcəsinə 50 min manata başa gəlib. Təmir və yenidənqurma işləri isə "Piramida-F.R” MMC-i tərəfindən həyata keçirilib. Hüquqi ünvanı Bakı şəhəri, Nrimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşən "Piramida-F.R” MMC-nin rəhbəri Əlövsət Orucovun da artıq Zakir Sultanovun işi ilə bağlı aparılan istintaqa cəlb olunub.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun həbsi, hər ikisi haqqında Cinayət Məcəlləsinin 308-ci və 179- maddələri ilə cinayət işinin açılması, fəal istintaq hərəkətlərinin aparılması Mədəniyyət Nazirliyinin.bəzi qurumlarının rəhbrlərinə də problem yaradıb. Problem yaratdığı məmuraların arasında Mədəniyyət Nazirliyinin bəzi regional idarələrinin rəhbərləri də var.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti