"Ölüm hallarının artması yoluxanların sayının artması ilə sıx bağlıdır" - Baş infeksionist

Son dövrdə yeni növ koronavirus infeksiyasından ölüm hallarının artması bilavasitə yoluxanların sayının artması ilə sıx bağlıdır.
Sozcu.info xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, xəstələrin sayı artdıqca onu ağır və çox ağır keçirən şəxslərin sayı da müvafiq olaraq çoxalır. Digər tərəfdən, evdə həkim nəzarəti olmadan müalicə edilən bir sıra xəstələrin də xəstəxanalara vəziyyəti ağırlaşdıqdan sonra - gecikmiş halda hospitallaşdırılması ölüm faizi göstəricisinin müəyyən qədər pisləşməsinə səbəb olur.
Bununla belə, baş infeksionist hesab edir ki, ümumilikdə Azərbaycanda yeni koronavirus infeksiyasından orta ölüm göstəricisinin bir çox ölkələrlə müqayisədə daha aşağı olduğunu söyləmək olar.
Qeyd edək ki, hazırda Azərbaycanda koronavirusdan ölüm göstəricisi bütün yoluxmaların 1,1 faizini təşkil edir.


Oxşar Xəbərlər

Xəbər lenti