İlham Əliyev Moldova Prezidenti ilə görüşdü
Gəncədə qanunsuz tikili sökülüb —
VİDEO
Kürdəmirə də qatarla gedə biləcəyik —
FOTOLAR
Azərbaycan XİN-dən Suriyaya təbrik
NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı
Prezidentin qızı və gəlininin film təqdimatından -
FOTOLAR
Azərbaycan neftinin SON QİYMƏTİ -
BAHALAŞMA
Kimlər yenidən hərbi xidmətə aparılacaq? —
AÇIQLAMA
Prezident Ərdoğana başsağlığı verdi
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq
Bakıda əməliyyat keçirildi -
Saxlanılanlar var
Prezident xanımı ilə Türkiyədədir -
FOTOLAR
Əvvəlki
Sonrakı
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
TANINMIŞ İŞ ADAMI HƏBS EDİLDİ
- Tale Heydərovun 1 milyonunu ələ keçirib + FOTO
17-03-2026, 15:20
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Zaur Axundov elə adamların adını çəkirdi ki…” - Sabiq holdinq rəhbərindən Prezidentə şikayət
Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülsə də AZAL şefi pulları geri qaytarmır. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…
"Yazıb Sizə bildirmək istəyirəm ki, "Silk Way Holding” MMC-nin rəhbərliyi, bu yaxınlara qədər şirkətin prezidenti işləmiş Zaur Axundov tərəfindən 8 ildir ki, haqsızlığa, qanunsuzluğa məruz qalmışıq. Zaur Axundov bizim firma ilə "Silk Way Holding” MMC-nin strukturuna daxil olan şirkət arasında bağlanmış müqaviləni heç bir səbəb olmadan, əvvəlcədən xəbərdarlıq etmədən, tamamilə qanunsuz olaraq pozmuş, bununla da ailəmizə ağır maddi və mənəvi ziyan vurmuşdur”. Bu fikirlər "Məhəmmədəli” firmasının direktoru Ağamalı Baxşəliyevin həyat yoldaşı Zəminə Baxşəliyeva tərəfindən "Azpolitika.info”ya ünvanlanmış şikayət məktubundan götürülüb.
İndiyədək müəyyən səbəblərdən şikayətlərini ictimailəşdirməyən Baxşəliyevlər ailəsi bu yaxınlarda "Azpolitika.info”da Zaur Axundovun "Silk Way Holding” MMC-nin rəhbərliyindən uzaqlaşdırılması, fəaliyyətinin araşdırılması haqqında məlumatı oxuduqdan sonra saytımıza üz tutmaq qərarına gəliblər. Bununla Zaur Axundovun "qanunsuz əməlləri” barədə ölkə rəhbərliyini məlumatlandırmaq, hüquqlarının bərpa olunmasına nail olmaq istəyirlər.
Zəminə Baxşəliyevanın sözlərinə görə, əvvəllər Ukraynada yaşayıblar. Həyat yoldaşı Ağamalı Baxşəliyev orada mühəndis işləyib. Vaxtilə mərhum Prezident Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlı mütəxəssisləri ölkəyə dəvət etməsindən sonra 1997-ci ildə Azərbaycana gəliblər: "Azərbaycana qayıtdıqdan sonra burda sahibkarlıqla məşğul olmaq üçün şirkət qurdu. Həyat yoldaşımın qurduğu "Məhəmmədəli” firması 14.01.1998-ci il tarixində Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində 521 saylı şəhadətnamə ilə qeydiyyata alındı. Həmin vaxta qədər Bakıdakı aeroportda ölkədən çıxarılan bağlamalar, əşyalar kağızla üzlənilirdi. Həyat yoldaşım bu işin Avropa standartlarına uyğun şəkildə qurulmasını təmin etməyi qərara aldı. Bu məqsədlə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovla görüşərək öz ideyasını ona bildirdi. Onun razılığını aldıqdan sonra bu işi həyata keçirmək üçün hər birinin dəyəri 85 min dollar olan avadanlıqları alaraq, Bakıya gətirdi. Əlavə olaraq da hər birinin daşınıb, quraşdırılmasına 10 min dollar xərclədi.
Həyat yoldaşımın yaratdığı firma ilə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ("AZAL” QSC) arasında bağlanmış müqavilə əsasında Heydər Əliyev Beynəlxaq Aeroportunda fəaliyyət göstərməyə başladıq. 10 ildən artıq heç bir problemsiz fəaliyyət göstərdik. Sonra isə yeni bir qurum – "Silk Way Holding” MMC yaradıldı.
"AZAL” QSC-yə aid bir çox xidmətlər kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda bağlamaların, əşyaların üzlənməsi, bükülməsi xidməti də "Silk Way Holding” MMC-yə verildi. Holdinq ilə bizim firma arasında 10.02.2008-ci il tarixdə müqavilə bağlandı. Aerovağzal Kompleksinin "Cənub” terminalının ikinci mərtəbəsində 2 kv.m. və "Şimal” terminalının ikinci mərtəbəsində 2 kv.m. və Yerli Hava Xəttləri Terminalında 2 kv.m. yüklərin və əl çantalarının üzlənməsi üşün bükücü aparatlara yer ayırdılar. Firmamız da özünə məxsus olan avadanlıqlarla bu işi Avropa standartlarına uyğun şəkildə təşkil etdi.
Fəaliyyət göstərdiyimiz dövr ərzində həm AZAL, həm "Silk Way Holding” MMC, həm də büdcə qarşısında öhdəliklərimizi tam şəkildə yerinə yetirmişik, heç bir zaman qeyri-qanuni fəaliyyətə yol verməmişik. Ancaq buna baxmayaraq heç bir il keçməmiş, yəni müqavilənin müddəti bitməmiş "Silk Way Holding” MMC bizimlə əməkdaşlığa xitam verdi. Bunun səbəbini öyrəndikdə, Zaur Axundovun belə istədiyini dedilər. Gecə ilə bizi aeroportdan uzaqlaşdırdılar. Sonra da avadanlıqlarımızı çıxardılar.
Həyat yoldaşım bunun səbəbini öyrənmək üçün Zaur Axundovla görüşdü. O, heç bir izahat verməyərək, hər hansı səbəb göstərməyərək, sadəcə belə məsləhət olduğunu söyləyib. Üstəlik də "hara istəyirsən şikayət et” deyərək, heç kimdən çəkinmədiyini nümayiş etdirib.
O vaxtan bu günədək həyat yoldaşım işsiz qalıb. Dəfələrlə həm AZAL rəhbərliyinə, həm "Silk Way Holding” MMC-yə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bizə qarşı yol verilmiş qanunsuzluğa görə heç bir tədbir görülməyib”.
Z.Baxşəliyevanın sözlərinə görə, məhkəməyə müraciət etməmələrinin səbəbi Zaur Axundovun bu məsələdə bəzi hörmətli şəxslərin adını hallandırması olub: "O, elə adlar çəkirdi ki, biz məhkəməyə müraciət etməkdən çəkindik. Ancaq indi düşünürük ki, o, bunu qəsdən edib. Sadəcə bizi bu işdən kənarlaşdırmaq üçün kimlərinsə adından istifadə edib”.
Z. Baxşəliyevanın sözlərinə görə, ötən müddət ərzində qarşılaşdıqları qanunsuzluğu ölkə rəhbərliyinin də diqqətinə çatdırmağa çalışıblar: "8 il ərzində dəfələrlə möhtərəm Prezident İlham Əliyevə, I vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etmişik. Ancaq heç bir cavab almamışıq. Düşünürəm ki, müraciətlərimiz Prezidentimizə, I vitse-Prezident Mehriban xanım Əliyevaya çatdırılmır. Buna görə də Sizin saytınız vasitəsilə səsimizi ölkə rəhbərliyinə çatdırmaq istəyirik. Çünki artıq çox çətin vəziyyətlə üzləşmişik. Möhtərəm ölkə başçısının, hörmətli Mehriban xanımın diqqətinə çatdırmaq istəyirəm ki, 3 övladımız var. Uşaqlara görə mən də uzun illərdir ki, işləmirəm. Ailəmizin bütün yükü həyat yoldaşımın üzərindədir. Həyat yolaşımı isə Zaur Axundov artıq 8 ildir işsiz qoyub. Bu da bizim tam müflis olmağımıza gətirib çıxarıb.
Həyat yoldaşımın hər birinə 95 min dollar xərclədiyi avadanlıqlar dəyərsiz əşya kimi kənara atılıb. İşlədilmədiyindən xarab olub gedir. Bu avadanlıqlardan yalnız aeroportda istifadə etmək mümkündür. Həyat yoldaşım da bütün vəsaitini, hətta evlərimizi sataraq əldə etdiyi pulları əvvəlcə AZAL rəhbərliyi, sonra isə "Silk Way Holding” MMC ilə bağladığı müqaviləyə inanaraq bu avadanlıqlara yatırıb. Qanunsuz olaraq aeroportdan çıxarıldıqdan sonra, bu avadanlıqlarla hər hansı bir iş görmək mümkün olmadığından, tamamilə müflis olmuşuq. Hətta uşaqlarımızı normal böyütmək üçün hal-hazırda əlimdə heç bir imkanım yoxdur. Ailəmizdə heç kim işləmir, bu hadisələrdən sonra həyat yoldaşım ürək xəstəliyi tapıb, maddi durumumuz həddən artıq ağırdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev, hörmətli Mehriban xanım iş adamlarına hər zaman böyük dəstək olublar. Hər bir iş adamının ailəsi bunu bilir. Ona görə də biz Prezidentimizdən və Mehriban xanımdan kömək istəyirik.
"Silk Way Holding” MMC-nin keçmiş rəhbəri Zaur Axundovun qanunsuz qərarının ləğv olunmasını, həyat yoldaşımın avadanlıqları yenidən xidmət göstərmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşdirməsi üçün yer ayrılmasına göstəriş vermələrini xahiş edirik”.
Xatırladaq ki, bu yaxınlarda "Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib. Bu haqda "AzPolitika.info”ya daxil olan məlumatda bildirilirdi ki, "Silk Way Holding” MMC-nin prezidenti vəzifəsi hələlik Zaur Axundovun müavininə tapşırılıb.
Cahangir Əsgərovun ailə şirkəti olan "Silk Way Holding” MMC-nin rəhbərliyindən Zaur Axundovu uzaqlaşdırmasının səbəbi kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaranması göstərilir. Belə ki, "Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Ehtimal olunur ki, Beynəlxalq Bankdan verilən digər iri həcmli kreditlərdə olduğu kimi, burda da ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Ancaq Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə dövr edilməsi və onun rəhbərinə istənilən vasitə ilə pulların yığılmasını tapşırması vəziyyəti dəyişib.
Məlumata görə, hazırda Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilmir. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini "Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilir. Hətta inandırıcı olsun deyə AZAL prezidentinin "Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunur.
Onu da qeyd edək ki, "Silk Way Holding” MMC-nin krediti qaytarmaması heç də maliyə problemləri ilə bağlı deyil. Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…
Şikayətdə göstərilənlərlə bağlı həm "Silk Way Holding” MMC-nin, həmdə Zaur Axundovun mövqeyini işıqlandırmağa hazırıq.//azpolitika.info
Oxşar Xəbərlər
Kredit oliqarxlarının həbsi yenidən gündəmə gəlir
Cahangir Hacıyev İsrail şirkətinin Beynəlxalq Bankda gizlətdiyi depoziti “əridib”
“Akkord” ASC-nin vəziyyəti acınacaqlıdır – ŞİRKƏTİN İDARƏÇİLİYİ BEYNƏLXALQ BANKA VERİLİR
"MTN fırtınası" kimləri bitirə bilər?
Xəbər lenti
Sabahın hava proqnozu AÇIQLANDI
İlham Əliyev Moldova Prezidenti ilə görüşdü
Qubada məktəblilər təhlükə ilə üz-üzə qalır –
Əski-İqrığ kəndində nəqliyyat problemi/FOTO
Gəncədə qanunsuz tikili sökülüb —
VİDEO
Kürdəmirə də qatarla gedə biləcəyik —
FOTOLAR
Azərbaycan XİN-dən Suriyaya təbrik
NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı
Bakıda iki avtomobil TOQQUŞUB -
FOTO
Prezidentin qızı və gəlininin film təqdimatından -
FOTOLAR
Saat 10:00-dan qaz olmayacaq -
Bu ərazilərdə
Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ -
TƏFƏRRÜAT
Əhaliyə SON DƏQİQƏ xəbərdarlığı -
Bu gündən başlayır
Azərbaycan neftinin SON QİYMƏTİ -
BAHALAŞMA
Türküstanın maraqlarına xidmət edən müharibə
Kahramanmaraş faciəsi: yeniyetmənin gizli planı üzə çıxdı
Kimlər yenidən hərbi xidmətə aparılacaq? —
AÇIQLAMA
Prezident Ərdoğana başsağlığı verdi
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq
Bakıda əməliyyat keçirildi -
Saxlanılanlar var
Prezident xanımı ilə Türkiyədədir -
FOTOLAR
TƏCİLİ! Nazir QƏRAR VERDİ –
Vergilərlə bağlı DƏYİŞİKLİK
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
FOTO
Səhiyyə naziri əmr imzaladı
Yeməyin yanında çay içənlərə pis xəbər
G7 nazirləri və baş bankirləri həyəcan təbili çaldılar:
Vəziyyət tezliklə sabitləşməlidir...
İlham Əliyev fərman imzaladı
2 rəsmi bayramı ləğv etdilər
9 nəfəri öldürən yeniyetmə ilə bağlı DƏHŞƏTLİ FAKT -
FOTO
Türkiyədə məktəb hücumlarından sonra ŞOK PAYLAŞIMLAR: 81 vilayətdə əməliyyat başladı -
FOTOLAR
Rubl manata qarşı ucuzlaşdı, avro isə bahalaşdı -
VALYUTA MƏZƏNNƏLƏRİ
Bu günün hava proqnozu
Space TV bağlanır?
– Telekanal daxilində baş verən “çox dərin olaylar”
“Honda” təhlükəli nasazlıq səbəbindən yarım milyon avtomobili geri çağırır
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
Ərdoğan: Kahramanmaraşdakı məktəb hücumunun bütün təfərrüatları araşdırılacaq
-Foto
ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisi
Azərbaycan Türkiyəyə başsağlığı verdi
9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş -
Saxlanıldılar
Əli Əsədov bu rayonlarla bağlı QƏRAR İMZALADI
Məktəblilərə forma məcburi edilir
Macarın qələbəsi Gürcüstan müxalifətini ruhlandırıb
ABŞ-da keçmiş konqres üzvünə qarşı yeni ağır ittihamlar irəli sürüldü
İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? -
VACİB AÇIQLAMA
Baş Nazirdən MAAŞLARLA BAĞLI qərar –
ARTACAQ
Aprelin 22-dən 24-dək... - XƏBƏRDARLIQ
Bakıda leysan olacaq
Avro və rubl görün neçəyə oldu -
YENİ MƏZƏNNƏ
Rusiya XİN Azərbaycana
TƏŞƏKKÜR ETDİ
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Sabahın hava proqnozu AÇIQLANDI
Qubada məktəblilər təhlükə ilə üz-üzə qalır –
Əski-İqrığ kəndində nəqliyyat problemi/FOTO
Saat 10:00-dan qaz olmayacaq -
Bu ərazilərdə
Əhaliyə SON DƏQİQƏ xəbərdarlığı -
Bu gündən başlayır
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Yeməyin yanında çay içənlərə pis xəbər