17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Azərbaycanın Vergi Məcəlləsinə 2019-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər biznesin maraqlarını nəzərə alır və strateji yol xəritələrinə uyğun hazırlanıb.
Trend-in məlumatına görə, bunu brifinq zamanı Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib. O qeyd edib ki, dəyişikliklər strateji yol xəritələrinə nazirlik qarşısında qoyulan öhdəliklərin icra olunmasına yönəlib:
"Bu dəyişikliklərin hazırlanması prosesində sahibkarlarla görüşlər keçirilib və beynəlxalq tendensiyalar öyrənilib”.
S.Musayevanın sözlərinə görə, dəyişiklikləri beş istiqamətə ayırmaq olar: vergitutmanın şəffaflığının təmin olunması, vergitutma bazasının genişlənməsi, vergi idarəetməsinin təkmilləşdirilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, güzəşt və azadolmaların iqtisadi səmərəliliyinin artırılması.