Vergilər Nazirliyində kadr dəyişikliyi oldu

Vergilər Nazirliyində kadr dəyişikliyi olduVergi strukturlarında yeni təyinat olub.

Vergi Xidmətinin baş müşaviri Ramiz Ağayev Vergilər Nazirliyi Vergi Cinayətlərinin Analizi Baş İdarəsinin rəisi əvəzi təyin edilib.

“Trend”in məlumatına görə, Vergi Cinayətlərinin Analizi Baş İdarəsinin rəisi Vidadi Məmmədov bu günlərdə həmin vəzifədən öz ərizəsi ilə çıxıb. O, bu vəzifəyə 2015-ci ilin sentyabrında təyin edilmişdi. Buna qədər isə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamentinin rəisi vəzifəsini tuturdu.

R.Ağayev isə əvvəllər həmin idarənin rəis müavini vəzifəsini icra edib.


Oxşar Xəbərlər

Xəbər lenti