8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hazırkı mərhələdə Qarabağ tənzimlənməsi üzrə heç bir sənəd müzakirə olunmur.
Sozcu.info virtualaz.org-a xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.
"Hər şey bəyanatımızda öz əksini tapıb. Biz müxtəlif yanaşmaları və tərəflərin mövqelərini müzakirə etmişik. Bu təbiidir və bu faktdır. Lakin bu gün heç bir sənədi müzakirə etmirik”, - o bildirib.
Ermənistan və Azərbaycan prezidentlərinin Vaşinqtonda görüşəcəkləri barədə məlumatın həqiqətə uyğun olub-olmaması barədə suala cavab olaraq nazir bildirib ki. hələlik heç nə müəyyənləşdirilməyib.
Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan "Civilnet” portalına müsahibəsində Qarabağ tənzimlənməsinə toxunub.
"Uzunmüddətli tənzimlənmə və sülh ölkəmiz və region üçün çox vacibdir”, - Qarabağ münaqişəsinin həllini istəyib-istəməməsi barədə sualı cavablandırarkən Paşinyan bildirib.
Qarşılıqlı güzəştlərə hazırlığın mövcudluğu barədə danışan Ermənistan baş naziri qeyd edib ki. Ermənistan təkbaşına hər şeyə cavabdeh ola bilməz.
"Bu məsələ eyni zamanda münaqişənin bütün üç tərəfinə yönəldilməlidir və tərəflərin üçü də buna sinxron cavab verməlidir. Mən bu məsələnin tərəflərə ayrı-ayrılıqda yönəldiyi bu cür rejimdə işləməkdən imtina edirəm. Hamıya deyirəm ki, siz bu sualı Bakıya vermisiniz7 Cavab almışınız?” – o deyib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Vyana görüşü kontekstində Paşinyan onun üçün "birbaşa, səmimi, "tələ” olmadan danışıb müzakirə aparmaq” vacibdir.
"Bu, davam etdirilməli söhbətdir və bu cür olsaydı, çox yaxşı olardı. Bunun üçün hər cür zəmin var”, - o əlavə edib.
Baş nazir onu da bildirib ki, Qarabağ məsələsi Ermənistan, Azərbaycan və Qarabağ liderləri səviyyəsində həll oluna bilməz, çünki bunu həmin ölkələrin xalqları həll etməlidir. Paşinyan vurğulayıb ki, xalqlar üçün məqbul olmayan həll mümkün deyil.