8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident İlham Əliyev 18 may 2022-ci il tarixində Litva prezidenti Gitanas Nausedanı rəsmi şəkildə qarşılamış, iki dövlət arasında yeni anlaşmalar çərçivəsində mətbuata yenibəyanatla çıxış edərək qeyd etmişdir ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.XX əsrin ikinci yarısında eyni tarixi taleyi yaşamış, Sovet imperiyasının tərkibində olmuş Azərbaycan və Litva dövlətləri müstəqillik qazandıqdan sonra fərqli siyasi məcraya yönəlmişlər. Azərbaycan hələ müstəqillik əldə etməmişdən öncə mübtəla olduğu Qarabağ bəlası, müstəqillik illərində dağılmış iqtisadiyyat, müharibə, hakimiyyət uğrunda çəkişmələrə şahid oldu. Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz böhran vəziyyətindən çıxmış, dünya miqyasında tanınmışdı.
İkinci Qarabağ zəfərindən sonra dünya diplomatiyasında yeni səhifə açan Azərbaycan güclü lider, prezident İlham Əliyevin fitri istedadı sayəsində balanslaşdırılmış xarici siyasət yürüdür. Həm siyasi, həm də iqtisadi tərəfdaş olan dövlətlərlə münasibətləri yeniləyən və möhkəmləndirən cənab prezident Litva prezidenti ilə rəsmi görüşdə bir sıra ciddi bəyanatlar vermişdir. Cənab prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur.
Daha sonra dövlət başçısı Ermənistan hökümətinin sülh müqaviləsinin imzalanmasına ləng yanaşmasına toxunmuş, Azərbaycan hökümətinin münaqişənin hərtərəfli həllində göstərdiyi səbri diqqətə çatdırmış, dünya ictimaiyyətinin bu məsələdə tələbkar olmadığını qeyd etmişdir.İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra daha sürətli inkişaf edəcəyinə əmin olduğunu bildirdi.Avropanın enerji təhlükəsizliyində söz sahibi olduğumuzu nəzərə çatdıran dövlət başçısı Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq razılaşmaları imzalandığını qeyd edib.
Litva prezidentinin rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev 18 may 2022-ci il tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda da çıxış edərək ölkələrimiz arasınd güclü siyasi münasibətlərdən, strateji tərəfdaşlıqdan söhbət açmışdı.İlham Əliyev Azərbaycanda biznes mühitinin investorlar üçün əlverişli olduğunu, investisiya proqramlarının ilk dövrdə əsasən neft-qaz sektoruna aid olsa da hal-hazırda bərpaolunan enerji sahəsini də əhatə etdiyini vurğulamışdır.Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edildiyini, Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sisteminin yekunlaşdığını diqqətə çatdıran prezident İlham Əliyev eyni zamanda ölkənin inkişaf dinamikasının nəticələrinin cari ilin dörd ayında nəzərə çarpacaq dərəcədə artdığını forum iştirakçılarının diqqətinə çatdıraraq qeyd etmişdir ki, ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq.
Biznes forumda bərpa olunan enerji mənbələrinin istifadəsini prioritet sahə olduğunu söyləyən Azərbaycan Respublikasının prezidenti həmçinin, Azərbaycanın artıq donor ölkəsinə çevrildiyini, ölkənin kredit ayırma qabiliyyətinin artdığını qeyd etmişdir. Forum iştirakçılarına Azərbaycanın daxili ehtiyatları hesabına xarici borclarını tezliklə sıfıra endirməyin mümkünlüyü haqqında da məlumat vermiş ölkə prezidenti siyasi və iqtisadi müstəvidə vəziyyətin yaxşı olduğunu diqqətə çatdırmışdır.Hər birimiz Azərbaycan dövlətçiliyini düzgün məcrada hərəkət etdiyinə inanırıq, bu işdə cənab Prezidentimizin hər zaman yanındayıq!Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru Hüseynova Fərəh