Yeni qayda: Yalnız bu mallara sənəd veriləcək – RƏSMİ


Azərbaycana idxal edilən malların təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması üçün siyahı hazırlanır.

Sozcu.info xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, siyahının tərtibi konkret mallar üzrə aparılır:

"Siyahı təsdiq ediləndən sonra idxal edilən malların ölkədəki tələblərə uyğunluğu yoxlanılacaq.

Bizim üçün fərqi yoxdur ki, mal harada istehsal edilir. Bu məhsul istər Avropada, istər Asiyada və ya digər yerlərdə istehsal edilə bilər. Əgər qarşılıqlı tanınmaya dair beynəlxalq müqavilə yoxdursa, biz idxalçılar tərəfindən təqdim edilən uyğunluq sertifikatını tanımayacağıq. Bununla biz, Azərbaycan üçün təhlükəsizlik tələblərini müəyyən etməyi planlaşdırırıq".

N.Mirzəzadə əlavə edib ki, Azərbaycan üçün vahid tələbələr olacaq:

"Biz məhsulların ölkənin texniki reqlamentlərdəki tələbələrə uyğunluğuna baxacağıq. Əgər mal tələblərə cavab verərsə sənəd veriləcək".

report.az



Oxşar Xəbərlər

Xəbər lenti