"İranın yalanına Ukrayna ilə yanaşı, ABŞ da inanmayıb" - XAQANİ CƏFƏRLİ


Vladimir Zelenski terrorçuların və onların ortaqlarının cəzasız qalmayacağını bəyan edib"

"Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, İran Rusiyaya az sayda dron verdiyini söyləyərkən yalan danışır. "Bu gün İranın rəsmi nümayəndələrindən xəbərlər gəldi. Onlar etiraf etmək qərarına gəliblər ki, Rusiyanın terror fəaliyyəti üçün az sayda dron veriblər. Amma bu etirafda belə, yalan danışdılar. Biz hər gün ən azı 10 İran dronunu məhv edirik. İran rejimi isə az sayda dron verdiyini iddia edir". Ukrayna prezidenti bildirib ki, iranlı təlimatçılar rusiyalı terrorçuları İran dronlardan istifadə etməyi öyrədiblər və bununla bağlı rəsmi Kiyev sübutlara malikdir. Prezident Vladimir Zelenski bildirib ki, İran rəsmiləri bu barədə ümumiyyətlə susurlar". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, İranın Rusiyanın terroruna dəstək verdiyini, bunu yalanlarla ört-basdır etmə cəhdinin heç bir nəticə verməyəcəyini bildirən prezident Vladimir Zelenski terrorçuların və onların ortaqlarının cəzasız qalmayacağını bəyan edib: "İranın yalanına ABŞ-da da inanmayıblar. ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli Tehran rejiminin yalan danışdığını, İranın Rusiyaya müharibədən əvvəl deyil, yayda dron verdiyini, üstəlik rusiyalı hərçilərə təlim keçək üçün iranlı təlimatçılar göndərdiyinin inkar edilməz məsələ olduğunu bildirib. İsrail prezidenti İtzhak Herzoq Vaşinqtona son səfəri zamanı İranın Rusiyaya dron verdiyini sübut edən məlumatları ABŞ rəsmilərinə təqdim edərək Tehran rejiminin yalanını ifa etmişdi".


Hurriyyet.az




Oxşar Xəbərlər

Xəbər lenti