Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
Baş nazir prezidentin qərarını tənqid etdi
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“BOLNİSİDƏN ÇIXMAQ İSTƏMƏYƏNLƏRİN EVİNİ GECƏ İLƏ PARTLADIRDILAR”
– “Dedilər ki, 2 millət bir yerdə yaşaya bilməz, siz getməlisiniz”
Məmmədəli Qarayev:
“Mixail Qorbaçovun özünə teleqram vurub, bu haqda məlumat vermişdim”
“Ayaz Mütəllibova da məktub yazmışdım ki, bizə kömək edin, azərbaycanlıları qovurlar…”
“Küçədə əllərinə keçən insanları döyürdülər. Avtobusa minməyə qoymurdular, döyüb yerə atırdılar. Mağazaya gedib çörək almaq istəyəndə vermirdilər, yaxud üstünə tüpürüb verirdilər”
“Bütün bu hərəkətlər gürcülər tərəfindən həyata keçirilirdi. Svanları sonradan gətirib doldurdular. Gərək düzünü deyək, həmin vaxt azərbaycanlılara qarşı hücumlarda heç bir svan iştirak etmirdi”
“Bolnisi rayonunda cəmi 17 min nəfər gürcü vardı. Həmin vaxt əhalinin siyahıya alınması həyata keçirildi və gürcülərin sayını süni surətdə artırmağa başladılar”
Mayın 16-da Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi (Başkeçid) rayonunda svanların soydaşlarımıza qarşı hücumundan sonra, mayın 23-də növbəti təxribat hadisəsi paytaxt Tiflisdə baş verdi. Belə ki, burada da yezidi kürdlər tərəfindən azərbaycanlılara hücum edildi və nəticədə bir soydaşımız qətlə yetirildi, daha bir neçə nəfərə isə ağır xəsarət yetirildi. Dmanisidə olduğu kimi, Tiflisdə baş verən hadisəni də rəsmi qurumlar “adi kriminal olay” kimi qələmə verərək, cinayətkarların cəzalandırılacağını bildirdi. Əslində isə, Dmanisi hadisəsinin üstündən 10 gün vaxt keçməsinə baxmayaraq, bu günədək təxribatçlıların ortaya çıxarılmaması onu deməyə əsas verir ki, paytaxtda baş verən olaylar da, gerçək cinayətkarlar üzə çıxarılmadan, ört-basdır ediləcək.
Əlbəttə, Gürcüstan hakimiyyətinin soydaşlarımıza qarşı bu hücumlara nə ad verməsindən asılı olmayaraq, məlum hadisələrin arxasında siyasi qüvvələrin dayandığı istisna olunmur. Çünki siyasətdə təsadüflər olmur. Yaxud təsadüf bir və ya iki dəfə olar. Amma son illər ərzində azərbaycanlılara qarşı dəfələrlə bu cür təxribatlar həyata keçirildiyindən, bu cinayətlərin arxasında maraqlı güclərin dayandığı şübhəsizdir. Məqsəd soydaşlarımızı Borçalıdan deportasiya etməkdir, necə ki, 80-ci illərin sonunda da istər Ermənistanda, istər də Gürcüstanda oxşar proseslər baş verirdi. Həmin vaxt Ermənstanda baş verən hadisələrin nə ilə nəticələndiyi, yüzminlərlə soydaşımızın öz ata-baba yurdundan necə didərgin düşdüyü Azərbaycanda hər kəsə məlumdur. Lakin həmin dönəmdə Gürcüstanda yaşayan soydaşlarımızın başına açılan dəhşətli oyunlardan hələ də bir çoxumuz xəbərsizik. Odur ki, bu yazımızda həmin hadisələrin canlı şahidi, Bolnisidəki evi dəfələrlə partladıldıqdan sonra, minlərlə soydaşımız kimi, rayonu tərk edərək, Azərbaycana köçmək məcburiyyətində qalan Borçalının ağsaqqal ziyalılarından olan
Qarayev Məmmədəli Alı oğludur.
Hər kəsin “Mamed müəllim” deyə müraciət etdiyi həmsöhbətimlə 30 il əvvəlki tarixi vərəqlədikcə, bu gün Gürcüstanda baş verən hadisələrin, rəsmi qurumların iddia etdiyindən fərqli olaraq, heç də adi kriminal olaylar olmadığı, keçmişdə də təkcə Bolnisi şəhərindən 5 min soydaşımızın məhz bu cür təxribatlar sonrası deportasiya edildiyi aydın olur. Buyurun, hadisələrin gedişinə siz özünüz qiymət verin.
– Mamed müəllim, ilk olaraq bilmək istərdik ki, neçənci ildən Bolnisidə yaşamısınız və həmin vaxt hansı vəzifədə çalışmısınız?
–
Mən 1971-ci ildən Bolnisidə yaşamağa başlamışam. Həmin il şəhərdə ikiotaqlı ev aldım, 1974-cü ildə də “rayispalkom”da işə girdim. 1989-cu ilə qədər heç bir problem olmadan işlədik. Lakin 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı məlum hadisələr baş verəndən sonra, Bolnisidə də azərbaycanlılara qarşı təzyiqlər başladı. Rayonun Şukuri Devnozaşvili adlı 1-ci katibi vardı, onların kəndində hamı erməni olsa da, soyadlarını dəyişmişdilər. O, 1987-ci ildə Bolnisinin 1-ci katibi olan gündən azərbaycanlıları rayona qeydiyyata almamağa başladı. Məsələn, kəndlərdən əsgərliyə gedən cavanlar geri qayıtdıqdan sonra qeydiyyata alınmırdılar. Devnozaşvili göstəriş vermişdi ki, heç bir azərbaycanlı istər kəndlərdə, istər də Bolnisinin özündə qeydiyyata alınmasın. O cümlədən, təhsil almaq məqsədilə Bakıya və Azərbaycanın digər şəhərlərinə gələn gənclər, institutu bitirib geri qayıtdıqda, onları öz dədə-baba yurdlarına qeydiyyata salmırdılar. Məqsəd də o idi ki, rayonda azərbaycanlıların sayı yavaş-yavaş azalsın və bu kimi süni qeydiyyat problemi yaşayan gənclər başqa yerlərdə özlərinə iş axtarsınlar.
– Həmin illərdə Bolnisi şəhərində təxminən neçə azərbaycanlı ailəsi yaşayırdı?
– Həmin vaxt Bolnisidə 5 min azərbaycanlı yaşayırdı. 2 min nəfər də Bolnisinin yanındakı Kazreti şəhərində yaşayırdı. 1989-cu ildə, cəmi 2-3 ay ərzində Bolnisidən 5 min nəfər azərbaycanlını deportasiya etdilər. Eynilə, Kazretidə yaşayan 2 min nəfər azərbaycanlı da deportasiya olundu. Dedilər ki, 2 millət bir yerdə yaşaya bilməz, siz getməlisiniz.
– Bunu kimlər deyirdi?
– Hökumət səviyyəsində deyilirdi. Yəni Gürcüstan dövlətinin o vaxtkı rəhbərliyi. Şəhərə tank, BTR və digər zirehli texnikalar yeritdilər. Hərbçilərin dəstəyi ilə insanları çıxarmağa başladılar. Məsələn, Bolnisi xəstəxanasında 90 nəfər azərbaycanlı çalışırdı, onların hamısını bir gündə işdən azad etdilər. İşdən çıxmaq istəməyənləri, “yuxarı”dan gələn göstəriş əsasında, xəstəxananın öz işçiləri süpürgə ilə döyə-döyə bayıra atdılar.
– Bu proseslərdə də svanlar iştirak edirdilər?
– Həmin vaxt Bolnisidə svanların sayı çox az idi. Üstəlik, svanlarla azərbaycanlılar arasında heç bir problem yox idi. Eyni zamanda, gürcü ilə də heç bir problem yox idi. Bütün bunlara baxmayaraq, rayonun erməni əsilli 1-ci katibi azərbaycanlıları oradan çıxarmaq üçün gürcüləri qızışdırıb, bizim üstümüzə salırdı. Halbuki, Devnozaşvili vəzifəyə təyin olunanadək gürcülərlə azərbaycanlılar arasında heç bir problem baş verməmişdi.
– Yəni Bolnisidən azərbaycanlıları zor tətbiq edərək, döyərək çıxarıbar?
– Əlbəttə. Bolnisidən çıxmaq istəməyənlərin evini gecə ilə partladırdılar. Şəxsən mənim evimə 12 dəfə partlayıcı atıblar. Məcburiyyət qarşısında qalıb, evindən çıxanlara isə mənzillərinin yarı haqqını verirdilər. Daha dəqiq desək, tutaq ki, evi 100 min manata dəyərləndirirdilərsə, onun 50 min manatını özləri götürür, 50 minini isə sahibinə verirdilər. Həmin vaxt respublikanın 1-ci katibi G.Qumbaridze idi. O, hökumətdən tələb edirdi ki, Bolnisi rayonuna pul ayırıb, azərbaycanlıların bütün evləri alınsın. Məqsəd azərbaycanlıları rayondan çıxarmaq idi. Amma onu da deyim ki, bu məsələlərlə bağlı mən bir neçə dəfə Tiflisdə oldum, bəzi rəsmi şəxslər deyirdi ki, evinizdən çıxmayın, sizi heç kim çıxara bilməz. Deyirdim ki, biz çıxmırıq, bizi qovurlar. Onlar mənim sözümə təəccüb edirdilər.
– Belə çıxır ki, bu məsələdə hökumətin içində maraqlı güclər olub, sadəcə, hər şey Bolnisinin 1-ci katibinin əli ilə həyata keçirilib.
– Bəli, rayonda bütün problemlər birbaşa Devnozaşvilinin göstərişi ilə yaranmışdı. Amma özünü elə aparırdı ki, guya, bütün bunlardan onun xəbəri yoxdu. Gürcüstan daxili işlər nazirinin birinci müavini, general-leytenant Şaduri var idi, bu prosesi axıra çatdırmaq üçün iki ay Bolnisidə oturdu, heç yerə getmədi. Ondan başqa, Ali Sovetin sədri
Çerkeziya da gəlib həftələrlə Bolnisidə oturdu, dedi ki, azərbaycanlıları çıxarın, amma ölüm-itim olmasın.
– Ümumiyyətlə, bu hadisələr zamanı ölən olmuşdu?
– 1 nəfər öldü, adını dəqiq xatırlamıram. Amma küçədə əllərinə keçən insanları döyürdülər. Avtobusa minməyə qoymurdular, döyüb yerə atırdılar. Mağazaya gedib çörək almaq istəyəndə vermirdilər, yaxud üstünə tüpürüb verirdilər. Yəni bu yollarla insanları köçməyə məcbur edirdilər.
– Belə aydın olur ki, həmin vaxt azərbaycanlılara qarşı bu cür zorakılıq edənlər öyrədilmiş gürcülər olub, svanlar bu hadisədə iştirak etməyib…
– O vaxt heç bir svanın adı çəkilmirdi. Bütün bu hərəkətlər gürcülər tərəfindən həyata keçirilirdi. Svanları sonradan gətirib doldurdular. Gərək düzünü deyək, həmin vaxt azərbaycanlılara qarşı hücumlarda heç bir svan iştirak etmirdi. Bunu edənlər gürcülər idi. İndi Dmanisidə hansı formadasa svanı meydana atıblar, amma bu da yenə gürcünün və gürcü soyadı daşıyan ermənilərin oyunudur.
– Bolnisiyə svanlar 1987-ci ildə baş verən dağıdıcı daşqından sonra köçürüldü?
– Yox, svanlar 1989-cu ildən sonra köçürülməyə başlayıb. Bu proses 1990-cı ilin sonuna qədər davam edib. Onlar Svanetiyadan köçürülüb. Heç köçmək də istəmirdilər, zor güçünə gətirildilər. Bolnisiyə gəldikdən sonra peşman olmuşdular. Gürcülərlə yola getmirdilər. Amma sonra Dumanisidə nə baş veribsə, svanları azərbaycanlılara qarşı kim qızışdırıbsa, bu haqda bir şey deyə bilmərəm.
– Bəs, həmin vaxt Bolnisidə baş verənlərə Azərbaycan rəhbərliyi tərəfindən hər hansı reaksiya verilmədi?
– Öncə onu deyim ki, Bolnisidə azərbaycanlılara qarşı təzyiqlər göstərilməsi ilə bağlı şəxsən mən dəfələrlə istər Moskvaya, istər də Azərbaycan rəhbərliyinə məktub ünvanlamışdım. Həmin məktublarda qeyd etmişdim ki, azərbaycanlıları Bolnisidən zor gücünə çıxarırlar, kömək edin. Məsələn, SSR-nin baş prokuroru Regionkova, KQB-nin sədri Vladimir Kryuçkova, eləcə də prezident Mixail Qorbaçovun özünə teleqram vurmuş və bu haqda məlumat vermişdim. Eyni zamanda, Ayaz Mütəllibova da məktub yazmışdım ki, bizə kömək edin, azərbaycanlıları qovurlar. Həmin məktubların hamısı budur, əlimin altındadır. Ümumiyyətlə, bütün göndərdiyim məktublar və onlara gələn cavablar hazırda da mənim arxivimdə saxlanılır. Amma heç birinin köməyi olmadı.
– Ayaz Mütəllibov məktubunuza cavab göndərmişdi?
– Ayaz Mütəllibova göndərdiyim məktuba cavab gəlmişdi ki, məktubunuz Daxili İşlər Nazirliyinə göndərilib. Azərbaycan Daxili İşlər Nazirliyi də Gürcüstanın müvafiq qurumlarına müraciət etmişdi ki, xahiş edirik, azərbaycanlıların hüquqlarını qoruyun. Faktiki olaraq, heç bir nəticə vermədi. Amma KQB-nin sədri Vladimir Kryuçkova yazdığım məktubu Gürcüstanın Daxili İşlər Nazirliyinə göndərmişdilər. Onlar da yerində gəlib yoxladılar və yazılı şəkildə mənə arayış verdilər ki, həqiqətən də sənin evinə dəfələrlə hücumlar olub, hazırda cinayətkarları axtarırıq və onlar tapılan kimi həbs olunacaqlar. Amma bu günə qədər nə axtaran, nə də tapan oldu. O cümlədən, Gürcüstanın Daxili İşlər Nazirliyinə yazdığım məktuba da eyni cavab verilmişdi. Bolnisinin Davlyanidze soyadlı polis rəisi vardı, erməni idi, sonradan soyadını dəyişmişdi. O da rayonun 1-ci katibi ilə əlbir idi və azərbaycanlılara qarşı bir çox təxribatlar onların göstərişi ilə həyata keçirilirdi.
– Deyirsiniz ki, Bolnisi rayonunun 1-ci katibi və polis rəisi erməni olub. Həmin dönəmdə 5 min nəfər azərbaycanlı yaşayan kiçik bir şəhərdə bircə nəfər soydaşımız da vəzifədə deyildi?
– Rəhbərlikdə bir neçə nəfər azərbaycanlı var idi. Məsələn, Partiya Komitəsində Saraçlı kəndindən olan Akif Nəbizadə çalışırdı. 3-cü katib isə Nigar idi, amma azərbaycanlı olsa da, anası gürcü idi və elə özü də gürcülərə işləyirdi. Rayon “ispalkom”unun sədri Şakir Quliyev idi. Onu da gürcülər mitinqdə möhkəm döymüşdülər, Nazirlər Sovetinin sədri Çitinava gəlib onu Tiflisə apardı ki, sənə başqa iş verəcəm.
– Belə aydın olur ki, Bolnisidə yaşayan 5 min nəfər azərbaycanlıdan cəmi 2-3 nəfər vəzifədə olub. Maraqlıdır, həmin vaxt şəhərin ümumi əhalisinin sayı neçə nəfər idi?
– Bolnisidə təxminən 17-18 min nəfər yaşayırdı. Şəhərdə gürcülər azərbaycanlılardan bir az çox idi. Bundan əlavə, ermənilər, yunanlar və digər millətlərin nümayəndələri də yaşayırdılar. Amma ümumilikdə, Bolnisi rayonunda cəmi 17 min nəfər gürcü vardı. Həmin vaxt əhalinin siyahıya alınması həyata keçirildi və gürcülərin sayını süni surətdə artırmağa başladılar. Mən bir dəfə idarədə olanda sual verdim ki, gürcülərin sayını niyə artırırsınız? Dedilər ki, rayon üçün lazımdır. Dedim ki, əsgərlikdən qayıdan, ali təhsil alıb öz evinə dönən azərbaycanlıları qeydiyyata almırsınız, amma “rayon üçün yaxşıdır” deyib, gürcülərin sayını artırırsınız. Əsəbiləşib, stola bir təpik vurdum, bütün saxta sənədlərin hamısı yerə töküldü. Bu hadisədən sonra Xalq Nəzarəti Komitəsinin sədri Givi Koroğluşvili gəlib məni çağırdı ki, gedək bir söhbət edək. Sonra onunla oturanda mənə dedi ki, bu, “yuxarı”dan tapşırılan məsələdir, çox qarışma.
(Ardı var)
Söhbətləşdi: Ayxan İLDIRIMTÜRK
Oxşar Xəbərlər
1991-1992-ci illrədə Bonisidən azərbaycanlılaraın silah gücünə qovulmalarına Qoqi Meşveliani başçılıq edib
Kaxa Okriaşvili Bolnisinin Arxlı kəndində azərbaycanlı seçicilərlə görüşdü
Daxili işlər naziri Dmanisiyə gəldi (FOTO)
Azərbaycanlılar və gürcülər arasında kütləvi dava
Xəbər lenti
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
Baş nazir prezidentin qərarını tənqid etdi
Göygöldə mikroavtobus aşdı, yaralılar var
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
İrandan sonra növbəti hədəfini açıqladı
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
PRİZMA
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
Bu ərazilərdə qaz olmayacaq