8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İranın teokratik rejiminin Azərbaycan türklərinə və digər xalqlara qarşı qətliamlar törətməsinə səssiz qalmaq bəşəriyyət və tarix qarşısında cinayətdir"
"İran pilotsuz uçuş aparatlarının (PUA) ardınca Rusiyaya ballistik raketlər də verəcək. The Washington Post qəzeti ABŞ və müttəfiq ölkələrin təhlükəsizlik xidmətlərindəki mənbələrinə istina edərək İranın Rusiyaya 300 və 700 kilometr məsafədəki hədəfləri vura bilən "Fateh-110" və "Zülfüqar" raketlərini verəcəyi haqqında məlumat yayıb. Rusiya özünün malik olduğu raketlərin böyük bir hissəsini artıq istifadə edib. Çoxsaylı məlumatlara görə, Rusiyanın əlində müharibədən öncə malik olduğu raketlərin cəmi 25 faizi qalıb. Moskvada qorxurlar ki, silah-sursatın tükənməsi imperiyanın cənub və şərq sərhədləri üçün təhlükə yaradacaq. Buna görə də İrandan raketlər də almaqla malik olduqları silah-sursatı qorumağa çalışır". Sozcu.info-nun məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq qeyd edib ki, Rusiya imperiyasının varlığını İranın mövcudluğunu qorumasının əsas şərti olduğunu Tehranda anlayırlar: "Rusiya imperiyasının dağılacağı halda parçalanmaq növbəsinin İrana çatacağı şübəsizdir. Buna görə də İran Rusiyanı tam dəstəkləməyə başlayıb. İranın teokratik rejimi beynəlxalq ictimaiyyətin cəzasından qorxduğu üçün Rusiyaya etdiyi yardımları inkar etməyə çalışır. İranın xarici işlər naziri bu məumatları təkzib edərək Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya heç bir silah vermədiklərini və verməyəcəklərini iddia etməkdən çəkinməsə də, Rusiyanın İran PUA-larından fəal istifadə etdiyi artıq təsdiqini tapıb. İran Rusiyanı Ukraynaya qarşı silahlandırmaqla terrorçuluğu himayə etdiyini bir daha sübut etdi".
Xaqani Cəfərli hesab edir ki, ölkə daxilində azadlıq uğrunda mübarizəyə qalxan insanlara divan tutan İran rejiminin Rusiyaya dəstəyi cavabsız qalmamalıdır: "Beynəlxalq ictimaiyyət öz vətəndaşlarına divan tutan və Rusiyanın terrorçu müharibəsinə dəstək verən İran rejimini sərt şəkildə cəzalandırmalıdır. İsrailin diaspor işləri üzrə naziri Naxman Şayla İranın Rusiyaya PUA və ballistik raketlər verməsinə cavab olaraq Ukraynaya hərbi yardım göstərməyi təklif edib. Nazir Naxman Şaylanın bu mövqeyi alqışa layiqdir, amma yetərli deyil. Beynəlxalq ictimaiyyət Ukraynanı Rusiya-İran cütlüyü qarşısında daha fəal dəstəkləməklə yanaşı, İran rejimini cəzalandırmağın yollarını tapmalıdır. Bu istiqamətdə atılacaq addımlardan biri İranın şimalın ucuşa yasaq bölgə elan edilməsi olmalıdır. Çünki İran bu bölgədə azadlıq, ədalət və milli hökumət tələbləri ilə ayağa qalxan Azərbaycan türklərinə qarşı qətliamlar törədir. Azərbaycan Xarici İşlər Nazirliyi İranın şimalının ucuşa yasaq bölgə elan edilməsi tələbini BMT Baş Assambleyasında çıxarmalıdır. İranın teokratik rejiminin Azərbaycan türklərinə və İranda yaşayan digər xalqlara qarşı qətliamlar törətməsinə səssiz qalmaq bəşəriyyət və tarix qarşısında cinayətdir".
Hurriyyet.az