Uğurlu siyasət yolu

Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına növbəti geniş müsahibəsini verdi. Dövlət başçımız ölkə gündəmini dəyişən siyasi-iqtisadi vəziyyətlə bağlı tez–tez Azərbaycan ictimaiyyətinə müraciət edir, bütün mövzularla bağlı rəy və fikrini bildirir.
İlk qeyd edilən məsələ böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yarımçıq qalan bəzi məsələlərin tədricən yoluna qoyulması ilə bağlıdır.Müsahibədə son iyirmi il göz önünə gətirildi. Düzgün qurulmuş siyasət olmadan gənc müstəqil ölkə hər cür təhlükə ilə üzləşə bilər. Müsahibədə bir sıra məqamlar diqqəti cəlb edir.
1993-cü ildən 2003-cü ilə qədər Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salındı. Bu illər ərzində dövlət başçımız gördüyü quruculuq işlərindən danışdı. Prezident qeyd etdi  ki, Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı,xalq artıq önəmli bir amilə çevrildi. Sabit inkişafın bünövrəsi məhz bu illərə təsadüf edir.
Ədalətə inanmaq lazımdır”- deyən dövlət başçımız qeyd etdi ki,sağlam cəmiyyətin yaranması və inkişafı üçün bu amil çox önəmlidir.
Qarabağın erməni əhalisi vahid Azərbaycan dövləti çərçivəsində yaşamaq məsələsinə toxunan prezident bildirdi ki, Azərbaycan bayrağı altında yaşamaq istəyənlərüçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi onların da hüquqları və təhlükəsizliyi təmin olunacaq.
Qarabağda baş verən antiterror əməliyyatlarından danışan Ali Baş Komandan vurğuladı ki, hərbçilərimizin yüksək hərbi peşəkarlığı nəticəsində separatçıların təslim olmaları qaçılmaz idi.
Söhbət zamanı Azərbaycan-Fransa münasibətləri də xüsusi olaraq diqqətdə idi.Fransa ilə münasibətlərin gərginləşməsi 44 günlük müharibədə özünü daha qabarıq göstərdi.
Diqqəti çəkən ən önəmli faktlardan biri Fransada Natəvanın heykəlinin təhqir edilməsi bir vandalizm aktı kimi qiymətləndirilməsi oldu.Prezident insanlığa sığmayan bu hərəkətin əsl vəhşilik olduğunu vurğuladı.
10 noyabr bəyanatından tam əminliklə danışan prezident onu da qeyd etdi ki,Zəngəzur dəhlizi hər hansı ölkənin suverenliyini şübhə altına almır.Bəyanatın müddəalarına uyğun olaraq Zəngilanla Ordubad arasında bütün yollar açılmalıdır. Laçın-Xankəndi yolunun açılması daha bir uğura imza atılması kimi qeyd olundu.
Hər bir Azərbaycan vətəndaşı Prezidentin son müsahibəsini diqqətlə izlədi və diqqətlə dinlədi. Bu müsahibədə də xalqımızı haqlı narahat edən bir sıra məsələlərə aydınlıq gətirildi. Belə demək mümkündürsə,dostlarımıza və düşmənlərimizə açıq mesajlar ötürüldü.Bütün dünya mediyası bu müsahibəni dinlədi.Azərbaycanın siyasi arenadakı mövqeyini bütün dünya bir daha gördü.
Ali Baş Komandan İlham Əliyevə gələcək fəaliyyətində və yeni missiya uğrunda mübarizədə uğurlar arzulayırıq. Çətin və məsuliyyətli işdə güclü və inamlı olmağı diləyirik.

Kərəm Mehdiyev

Suraxanı rayonu104 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}