Prezident İlham Əliyevin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 yanvar 2024-cü il tarixində yerli televiziya kanallarına müsahibə verib. Müsahibəsində Prezident İlham Əliyev görülmüş işləri əhatəli formada təhlil etdi, Azərbaycan dövləti üçün prioritet olan sahələr üzrə qarşıda duran vəzifələrdən bəhs etdi və Azərbaycan realliqlarını beynəlxalq ictimaiyyətə çatdırdı.
Müsahibə zamanı cənab Prezident jurnalistlərin ona ünvanladığı suallara ətraflı və geniş şəkildə cavablandırıb.Suallar müxtəlif sahələri əhatə edib. Cənab Prezident müsahibəsində bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifə şanlı hərbi qələbəmizi siyasi müstəvidə təsdiqləmək idi. Artıq müharibədən iki il keçib. Əminliklə demək olar ki, müharibəninb nəticələri dünya tərəfindən qəbul edilib. Bu gün Azərbaycan sözünü açıq deyən,müstəqil siyasət aparan ölkələr sırasındadır.

Cənab Prezident iqtisadi sahədə əldə olunan sualları cavablandırarkən əhalinin maddi rifahının yaxşılaşdırılması üçün son zamanlar imzaladığı irihəcmli sosial paketlərdən də danışıb. Son zamanlarda dünyada yüksək qiymət artımı müşahidə olunur. Bu, Azərbaycandan da yan keçməmişdir. Nəzərdə tutulmuş sosial paketlər bunun təsirinin azaldılmasına xidmət edəcəkdir.
“Qərbi Azərbaycan” mövzuna toxunan cənab Prezident bildirmişdir ki, bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan”mövzusunu beynəlxalq arenaya çıxarmışıq.Qərbi Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu onların hüququdur. Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq. Eyni yanaşmanı “Qərbi Azərbaycan” mövzunda da görməliyik.
Prezident İlham Əliyev ona ünvanlanan diğər sahələrlə bağlı sualları da ətraflı  cavablandırdı.Azərbaycanlı ekofəalların Laçın–Xankəndi yolunda şaxtaya, soyuğa baxmayaraq etiraz aksiyasını isə yüksək qiymətləndirdi. Onların əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, şaxtalı havaya baxmayaraq Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərir.
Görüşün sonunda ölkə rəhbəri jurnalistlərə təşəkkür etdi və qeyd etdi ki, gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibədə qalib ola bilməzdik. Bu  zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.

Elmira Ələkbərova

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti