8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hamının hamıya qarşı aşkar şəkildə və ya altdan-altdan vuruşduğu Suriya müharibəsi XXI əsrin siyasi düzənini bir neçə onilliyə müəyyən edəcək. Buna görə də Suriya müharibəsinin tezliklə bitəcəyi haqda ekspert nağılları, diplomatların Astana, Cenevrə laqqırtılarının bu bölgədə nəyisə dəyişəcəyinə ümid bəsləmək Suriya və Yaxın Şərq gerçəkliklərinə ya göz yummaqdan, ya da "göz yumub” diş qıcadaraq daha amansız həmlələrə, qan tökməyə gedənlərin cinayətlərini pərdələmək niyyətlərindən xəbər verir.
Bu burulğanlar içində öz oyununu oynamağa, gah Vaşinqtona, gah Moskvaya, gah Türkiyəyə, gah İrana, gah da Suriya prezidenti Bəşər Əsədə pənah aparan Suriya kürdlərinin aqibəti, həqiqətən də, böyük təəssüf doğurur. 40 milyona yaxın kürdün müstəqil dövlət arzusu təqdirə layiqdir və onların təbii-tarixi haqqıdır. Lakin Yaxın Şərq üzrə ekspertlər qeyd edirlər ki, kürdlərin siyasi səhnədə uğursuzluqlarının bir neçə təməl səbəbi var:
1.Ağır tarixi burulğanlardan keçdiklərinə baxmayaraq kürdlər hələ də siyasi millət kimi formalaşmayıb;
2. kürd luiderləri (Məsud Bərzani, Abdulla Öcalan, Ata (hazırda oğul) Tələbani və s.) arasında şəxsi iddialar üzündən ciddi və barışmaz münaqişə var və onlar qrup, şəxsi məınafeləri kürd millətinin maraqlarından üstün tuturlar. Bunu Kərküklə bağlı epizodda aydın gördük;
4. Kürdlər Yaxın Şərq dramında müstəqil qüvvə kimi deyil, hansısa gücün əlavəsi kimi çıxış etməyi üstün tuturlar və sonda güdaza verilirlər.
Bu özəlliklər hazırda Türkiyə ilə Çexiya arasında siyasi alver predmetinə çevrilmiş PYD lideri Salih Müslümün timsalında daha konkret şəkildə təcəssüm edir. Bu adam Qərb nəşrlərinə müsahibələrində həmişə idddia edib ki, terrorçu PKK ilə heç bir əlaqəsi yoxdur. Ancaq məqaləmizin başlığında təqdim etdityimiz fotoşəkil əksini deyir: Müslüm və PYD, həqiqətən, PKK-nın qanadı altındadır.
Kimdir Salih Müslüm?
Kürd siyasətçisi, "Demokratik Birlik” Partiyasının (PYD) lideri, eləcə də demokratik dəyişikliklər uğrunda Milli Əlaqələndirmə Komitəsinin deputatı Salih Müslüm Muhəmməd 1951-də Kobani yaxınlığındakı Suriya kəndində, başqa qaynaqlara görə, Hələbdə doğulub. 1970-lərdə İstanbul Texniki Universitetinin tələbəsi olarkən ikinci kürd-İraq münaqişəsi zamanı terrorçu hərəkata qoşulub. Universiteti bitirdikdən sonra bir müddət Londonda, sonra isə 1978-1990-cı illərdə Səudiyyə Ərəbistanında işləyib və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açıb. 1998-də Suriya Kürdüstanı Demokratik Partiyasına (Kürdüstan Demokratik Partiyasının Suriya bölməsi) daxil olub, amma onun Suriya kürdlərinin durumunda nəyisə dəyişmək bacarıqsızlığından (belə anlayaq ki, bu qurum terrorla məşğul olmadığına görə) məyus olaraq 2003-də təşkilatı tərk edərək təzəcə yaradılan Demokratik Birlik Partiyasına (PYD) daxil olub, icra şurasının üzvü olub və 2010-da onun başçısı seçilib.
Qaynaqlar yazır ki, Suriyada vətəndaş müharibəsi başlanarkən Muhəmməd arvadı Ayşə xanımla birgə təqibdən gizləndiyi İraqdaydı, amma 2011-in martında əl-Qamışlıya dönüblər. 2012-ci il avqustun 18-də BBC-yə müsahibədə bildirib ki, terrorçu PKK ilə hər hansı bağlılığı yoxdur (Amma nədənsə Afrinin bütün küçələrində PKK başçısı Abdulla Öcalanın portretləri asılıb. Görəsən, BBC-i müxbiri bu faktı ona xatırladacaq qədər obyektiv və qərəzsiz olsaydı, terrorbaşı Müslüm Salih nə cavab verərdi?). Həmin müsahibədən məlum oluir ki, o, 2003-cü ildən başlayaraq hər ilin 2-3 ayını Suriya həbsxanalarında keçirib.
Oğlu Şervan 2013-cü il oktyabrın 9-da Təl-Əbyad şəhərindən şərqdə "əl-Qaidə”nin "ən-Nusra Cəbhəsi” ilə qarşıdurmalar zamanı həlak olub və ictimai cənazə mərasimi ilə Kobanidə dəfn edilib.
Afrin əməliyyatında PYD/PKK trerror təşkilatı böyük zərbə alandan sonra PYD-nuin həmsədri Salih Müslümün harada olduğu ortalığa çıxıb. Türkiyə Cümhuriyyətinin "Qırmızı siyahı”sı ilə axtarılanlar içində olan Müslüm Çexiyanın paytaxtı Praqada "Marriot Hotel”-də olduğu məlum olub.
Türkiyə kəşfiyyatından ehtiyatlanaraq tez-tez yerini dəyişən, başına 4 milyon türk lirəsi qoyulan və dəstək aramaq üçün Almaniya və Brüsseldə görüşlər keçirən Müslümün "Marriot Hotel”-də də iki görüş keçirdiyi deyilir.
Qaynaqlar yazır ki, 2003-dən ortalığa çıxan PYD terror təşkialtının əsas qurucusu məhz odur.
Türk nəşrləri yazır ki, Müslüm Türkiyədə dəfələrlə olub və rəsmilərlə görüşlər keçirib.
Beynəlxalq Amnistiya Təşkilatının 2015-ci il 13 oktyabr tarixli açıqlamasına görə, Salih müslümün başçılığı ilə PYD və YPG döyüşçüləri Suriyanın şimalında mülki ərəb və türkmanların yaşadıqları əraziləri istifadəsiz hala salmış, bölgə əhalisini köçməyə məcbur edib, yəni planlaşdırdığı gələcək kürd dövləti naminə etnik təmizləmə aparıb. Sözügedən beynəlxalq qurum bu aktı hərbi cinayət kimi dəyərləndirib. Daha sonralar PYD-nin PKK ilə ortaq baxışlara sahib olduğu və birgə hərəkət etdikləri açıqlanıb. PYD vəziyyətdən istifadə edərək bu Suriyanın şimal bölgəsində çatışmalara girib, Azad Suriya Ordusuyla bərabər Rəsulayn şəhərində döyüşlər apararaq bölgəni ələ keçirib. Bu zaman xüsusən çox qan tökülüb və yerli sakinlərə divan tutulub.
PYD-nin Ankarada törətdiyi terakt
Türkiyənin hüquq qurumları 2016-cı il martın 13-də Türkiyənin paytaxtı Ankarada 36 nəfərin həlak olduğu və 349 nəfərin yaralandığı terror aktını Salih müslüm başda olmaqla PYD-nin törətdiyi qənaətindədir.
Hazırda Çexiya Respublikasında olan Salih Müslümü Türkiyənin tələbiylə Çexiya polisi həbs edib. Ammam bu ölkənin məhkəməsi … onu günahsız bilərək sərbəst buraxıb. Təbii ki, Türkiyə dərhal Çexiyanı terrora dəstəkçi dövlət simasında gördüyündən Çexiya rəsmiləri həsləyib: "Bu mövzuda Türkiyə ilə əməkdaşlıq edə bilərik”.
Baxıb görəcəyik: Çexiya bir Avropa dövlətitək kimin yanındadır – terrorçununmu, yoxsa ədalətinmi?
Strateq.az