8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ-ın Gürcüstan səfirliyi
Stanislav Tarasov
Regnum.ru, 06.03.2018
Gürcüstan qaynar siyasi həyatla yaşayan kiçik bir ölkədir. O, 2008-ci il müharibəsi nəticəsində Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirərək başqa yüksəklikləri götürüb: hətta alyansın bəzi üzvlərindənsə NATO-nun Əfqanıstan əməliyyatına daha çox əsgər verib.
Düzdür, buna görə 30 gürcü əsgərinin həyatını fəda edib, daha yüzlərlə əsgəri yaralanıb. NATO Əfqanıstandan Kosovoyadək dünyanın müxtəlif guşələrində sülməramlı səylərə Gürcüstanın bu cür töhfəsinin etiraf əlaməti kimi Gürcüstan rəhbərliyinə tezliklə öz sırarlarına qəbul vəd edir. Amma necə?
Qərb KİV-lərinin məlumatına görə, alyansın Brüsseldə qarşıdakı 2018-ci il iyul sammitində Gürcüstanın NATO-ya qəbulu haqda məsələ qoyulacağı ərəfədə nüfuzlu qeyri-hökumət təşkilatı olan və ABŞ prezidenti administrasiyasının, fikirlərini dinlədiyi "Heritage Foundation” ("Miras”) Amerika fondu bir neçə tezisi postulat kimi irəli sürüb. Bunlardan biri belə səslənir: NATO-ya yeni üzvün qəbulunda formal qaydalara əsasən, qonşularla həll edilməmiş problemi və tənzimlənməmiş daxili münaqişəsi nəzərə alınmaqla Tiflisi alyansa Abxaziyasız və Cənubi Osetiyasız qəbul etmək lazımdır. Bu, praktikada sıradakını bildirir: Gürcüstan iki respublikanın müstəqilliyinin tanınması haqda bildirməlidir ki, NATO Nizamnaməsinin beşinci maddəsini fəaliyyətə gətirsin – Nizamnaməyə əsasən, alyans üzvləri bir-birini təcavüzdən qoruyur, üzvlərdən birinə hücum isə hamıya hücum kimi nəzərdən keçirilir. Bu öz növbəsində Cənubi Qafqazda formalaşan yeni geopolitik gerçəkliklərin dönməzliyini etiraf etməyi bildirəcək.
"Heritage”-in başqa bir tezisinin mənası Cənubi Qafqazda Rusiya siyasətinin fəallaşması nəzərə alınmaqla Gürcüstana "nə qalıbsa, onu xilas etmək” təklifinə müncər olunur. Yeri gəlmişkən, bu tezisdə Amerika siyasətində gerçəkləşdirilməsi nəzərdə tutulan elementlər var. Vaşinqton Cənubi Qafqazda gələcəkdə ciddi geopolitik dönüşlər görür. Gürcüstan özünü əməliyyat meydanı kimi Qərb üçün Gürcüstan-Türkiyə-İran üçbucağının ən mühüm bucaqlarından biri kimi göstərib. Qərb buna söykənməklə Yaxın Şərq hadisələrinin gedişinə effektli təsir göstərə bilərdi. Bir Rusiya ekspertinin yazdığı kimi, Tiflis "dolab gəlməklə öz loyallığını Qərbə daha baha satmağa” cəhd edir. Bundan savayı, o, Dağlıq Qarabağ tənzimlənməsinin yoxluğuna obyektiv maraqla Azərbaycanın enerji resurslarını Türkiyəyə çıxarmaq üçün yeganə nəqliyyat dəhlizi kimi çıxış edib və etməkdədir. Əks halda neft və qazı dünya bazarına çıxarmaqda Bakının başqa marşrutu meydana çıxardı.
Türkiyə Amerika siyasətinin təsirində olarkən Vaşinqton Gürcüstana ehtiyat "Qafqaz arxa cəbhəsi” kimi yanaşırdı. İndi Ankara Amerikanın "geopolitik ağuş”undan qopmağa başlayarkən ABŞ İranı birnömrəli düşmən elan edəndə Tiflis bölgədə yeni kombinasiyalar qurmaqda Vaşinqton üçün aşkar önəm qazanır. Lakin amerikalılar düşündüklərini həyata keçirmək üçün Gürcüstana Abxaziya və Cəınubi Osetiyasız NATO-ya girmək təklifi verərək onu "Rusiya təhlükəsi” amilinin ciddiliyinə inadırmalıdırlar. Bu, perspektivdə Rusiya ilə daha sərt qarşıdurmaya keçidi nəzərdə tutur. Bu, belə də alınır. Bu günlərdə Kişinyovda Ukrayna və Moldovadan başqa Gürcüstan təmsilçiləri, habelə Avroparlament, ABŞ Konqresi, AB-nin bir sıra qanunverici məclisləri deputatlarının da qatıldığı parlamentlərarası forum keçirilib. Ukrayna Ali Radası sədri Andrey Parubiyanın sözlərinə görə, söhbət üç ölkə arasında "Ukrayna-Polşa-Litva briqadası örnəyi üzrə” hərbi alyansın yaradılmasından gedib. Məqsəd Rusiyaya müqavimət göstərməkdir. "Şərq tərəfdaşlığı” da fəallaşıb. Bir sözlə, Qərb Gürcüstana nisbətdə zəmini yoxlayır. Eks-prezident Mixail Saakaşvilinin isə ölkəyə qayıtmaq niyyəti haqda bəyanatı isə olduqca səciyyəvidir.
Gürcüstan əsgərləri Əfqanıstanda
Eduard Şevardnadze bir zamanlar partiya forumlarından birində çıxış edərkən Rusiya kontekstində bildirib ki, "Gürcüstanın günəşi şimaldan doğur”. Fars ağalığı dövründə gürcü çarı İrakli üçün "günəş cənubdan doğurdu”. Saakaşvili və varisləri üçün "günəş Qərbdən doğmağa başlayıb”,amma həqiqətdə həmişə şərqdən doğub və doğacaq. Gürcü ekspertlərindən biri öz duyğularını KİV-lərlə bölüşüb: "Tiflisdə hər dəfə ABŞ səfirliyinin yanından keçəndə gözlərim yaşarır. Xeyr, bu böyük Amerikanın balaca Gürcüstanı öz dostu və strateji tərəfdaşı adlandırdığına görə qürurun göz yaşları deyil. Bu, xəcalətin göz yaşlarıdır, çünki biz gürcülər buna inanırdıq”.
Bu ekspert eyni zamanda qeyd edir ki, Amerika səfirliyi Tiflisin kənarında yerləşir. Amma mərkəzində qorunan perimetr üzrə çılpaq zonayla, bomba sığınacaqları, hərbçilər üçün qazarmlar və silah dolu bunkerlərlə, mazğal pəncərələrlə beton qala kimi görünür…
Tərcümə Strateq.az-ındır.