SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin bağlanış mərasimi keçirildi-FOTO

SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin bağlanış mərasimi keçirildi-FOTO

 

İyulun 14-dən 21-dək Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində "Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbi təşkil edilmişdi. Sumqayıt Dövlət Universiteti "Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinə yüksək səviyyədə ev sahibliyi etdi. "Yay məktəbi” çərçivəsində müxtəlif seminar, görüş, dəyirmi masa,  əlverişli turizm məkanlarınına ekskursiya təşkil edildi və tələbələr ölkəmizin tarixi- memarlıq abidələri, təbiəti və milli mətbəxi ilə tanış oldular.İyulun 20-də Sumqayıt şəhərində yerləşən "Şam" istirahət mərkəzində  "Odlar Yurdu  Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbinin təntənəli  bağlanış  mərasimi oldu.Tədbiri  rektor professor Elxan Hüseynov açaraq qonaqları salamladı, Tələbə Yay məktəbinin belə təntənli başa çatmasında  Təhsil naziri cənab Ceyhun Bayramova göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Assosiasiya çərçivəsində keçirilən Tələbə Yay məktəbinin təşkili, səmərəli görüşlər qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verdi.Gənclər bilik və bacarıqlarını artırmaqla yanaşı, Azərbaycanın tarixinə və mədəniyyətinə səyahət etdilər. Eləcə də respublikamızda fəaliyyət göstərən universitetlərlə tanışlıq yeni dostlar qazanmaq və təcrübə mübadiləsi üçün əla fürsət oldu.

 Əziz Tələbə yay məktəbinin iştirakçıları!  "Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbində fəal iştrak etdiyinizə görə bir daha təşəkkür edir, sizə uğurlar arzu edirəm! İnanıram  ki, illər, qərinələr keçəcək  "Odlar Yurdu  Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbini daima xatırlayacaqsınız.Sonra rektor Elxan Hüseynov "Odlar Yurdu  Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbinin iştrakçılarına sertifikat və qiymətli hədiyyələr təqdim etdi.Tələbə Yay Məktəbinin iştirakçıları layihənin təşkilində göstərdiyi köməkliyə görə assosiasiyanın həmsədrlərinə minnətdarlıqlarını bildirdilər. Qeyd edək ki, 14-21 iyul 2019-cu il tarixlərində keçirilən "Odlar Yurdu  Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbində Rusiya Federasiyası və yerli ali təhsil müəssisələrindən, ümumilikdə 70-ə yaxın tələbə iştirak etdi.

Sozcu.info

SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin bağlanış mərasimi keçirildi-FOTO

SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin bağlanış mərasimi keçirildi-FOTO

 

SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin bağlanış mərasimi keçirildi-FOTO

 


 





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}