Neft qiymətləri kəskin dönüş etdi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin təntənəli açılış mərasimi keçirildi
Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində iyulun 15-də "Odlar Yurdu Azərbaycana səyahət” Tələbə Yay Məktəbinin təntənəli açılış mərasimi keçirildi.
Öncə rektor professor Elxan Hüseynov və iştirakçılar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoydular. Sonra qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoydular.
Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında davam edən tədbiri rektor professor Elxan Hüseynov açaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədlini, Bakı Slavyan Universitetinin prorektoru professor Telman Cəfərovu, Rusiya Federasiyandan Samara Dövlət Texniki Universitetinin, Ural Dövlət Dağ-Mədən Universitetinin, Rusiya Dövlət İxtisas–Pedaqoji Universitetinin, Şimali Qafqaz Federal Universitetinin, Kuban Dövlət Universitetinin, Dağıstan Dövlət Universitetinin professor-müəllim və tələbə heyətini salamladı,onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi.
Rektor Azərbaycanla – Rusiya Federasiyası arasında dostluq əlaqələrinin mövcudluğundan və ölkələrimiz arasında iqtisadi, mədəni, o cümlədən elm və təhsil sahəsində ikitərəfli münasibətlərimizin inkişafından bəhs etdi. Bildirdi ki, bu münasibətlərin ali səviyyəyə qalxmasının təməlində isə, ümummilli lider Heydər Əliyev siyasi müdrikliyi dayanır. Bu gün həmin siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rektor onu da qeyd etdi ki, Rusiya ilə Azərbaycan dövlətləri arasında, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın böyük bir tarixi var. Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi hər iki dövlət üçün prioritet istiqamətdir. Bu baxımdan Rusiya ilə Azərbaycan münasibətlərində, sözsüz ki, bizim dövlətlərimizin rəhbərlərinin Vladimir Putin və İlham Əliyevin müntəzəm görüşlərinin ən başlıca məsələ olduğunu hesab edirəm. Bunlar Azərbaycan Prezidentinin Moskva və Soçiyə, Vladimir Putinin Azərbaycana səfərləri, bunun ardınca MDB-nin Düşənbədə keçirilən sammitindəki görüşlərdi. Bütün bunlar qarşılıqlı münasibət və birgə layihələrin müzakirəsi üçün imkanlar yaradır, o cümlədən elm və təhsil sahəsində də böyük uğurlar əldə edilir. Son illər ərzində Rusiya və Azərbaycanın təhsil müəssisələri ikili diplomların verilməsi təcrübəsinə xüsusi diqqət göstərir. Məlumdur ki, bu, uzunmüddətli bir prosesdir, ancaq biz həmişə təcrübə və iş mübadiləsinin, iki ölkənin elm və təhsil sisteminin inteqrasiyasına imkan yaradan müxtəlif birlik və ittifaqların yaradılması üçün addımlar atırıq. 2015-ci ildə əsası qoyulan, bu gün hər iki dövlətin 53 universitetini birləşdirən Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası təhsil və elmi yaradıcılıq sahəsində qarşılıqlı əlaqələri möhkəmləndirməyi qarşısına əsas məqsəd qoymuşdur. Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası postsovet məkanında unikal ictimai təşkilatdır. Öz fəaliyyətinin 4 ilə yaxın müddətində elm və təhsil sahəsində əməkdaşlıq ideyalarının praktik olaraq reallaşdırılmasına, müstəqil dövlətlərin konkret şərtləri altında ali təhsil islahatlarının aparılmasında dünya təcrübəsinin mənimsənilməsilə vahid təhsil məkanının və humanitar əməkdaşlığın qorunması və inkişafına yönələn tədbirlər həyata keçirmişdir. Əminəm ki, ölkələrimiz arasında təhsil əlaqələrinin möhkəmləndirilməsi, şübhəsiz ki, ölkələrimizin intellektual potensialının artmasına kömək edir. Müasir şəraitdə bu, çox mühüm bir vəzifədir və Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində gələcək əməkdaşlıq onun həllinə təkan verəcəkdir.
Rektor Elxan Hüseynov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri, təhsil müəssisəsində qazanılan uğurlar barədə məlumat verərək, universitetdə reallaşdırılan proqram və beynəlxalq layihələrdən danışdı. Bildirdi ki, ölkə başçısı cənab İlham Əliyev digər sferalarda olduğu kimi, elmin beynəlxalq mühitə inteqrasiya sahəsinə xüsusi diqqət göstərir. Bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir. Ölkə başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Ölkə Prezidentinin sərəncamı və regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Bu ali təhsil müəssisəsi bir çox layihələrə imza ataraq beynəlxalq əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırmaqla, mükəmməl bir ali təhsil müəssisəsi modelini yaratmışdır. Bir sözlə, beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvü olmuşdur. Rektor onu da diqqətə çatdırdı ki, Assosiasiyası çərçivəsində SDU-nun rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə keçirilən Forumlarda, Tələbə Forumlarında iştirak edirlər. Eyni zamanda rusiyalı alimlər SDU-da təşkil olunan elmi konfranslarda iştirak edir, elmi-tədqiqat işlərinin nəticələrini qarşılıqlı olaraq "Elmi xəbərlər” jurnallarında nəşr etdirirlər, vaxtaşırı olaraq tələbələrə məharət dərsləri verirlər. Bu da, universitetimizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsindən və böyük nüfuza malik olmasından xəbər verir. Onu da qeyd etdi ki,universitetimiz dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalamışdır. Bundan əlavə, gələcəkdə əlaqələrin daha da möhkəmlənməsi və ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə tələbə mobilliyini təmin etməli, əməkdaşlarımızın xarici universitetlərdə mühazirələr oxuması istiqamətində ciddi işlər aparılmalı, həmçinin Azərbaycan−Rusiya Universitetləri Assosiasiyası çərçivəsində aparılan beynəlxalq əlaqələri daha da intensivləşdirməliyik.
Rektor Rusiya universitetlərinin tələbələrin diqqətinə çatdırdı ki,keçirilən "Odlar yurdu Azərbaycana səyahət” adlı Tələbə yay məktəbi çərçivəsində siz qədim, öz ənənənlərini qoruyub-saxlayan lakin bununla bərabər, daim inkişaf edən müasir Azərbaycanı öz gözlərinizlə görə biləcəksiniz. Siz görəcəksiniz ki, müxtəlif dinlərin və xalqların nümayəndələri əsrlər boyu Azərbaycanda sülh, dostluq və sabitlik şəraitində bir ailə kimi yaşamışdır və bu tolerantlıq siyasəti bu gün də
davam etdirilir. Prezidentimiz tərəfindən Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti çox səmərəli və öz gözəl nəticələrini verir. 2016-cı ili "Multikulturalizm ili” elan etməklə, biz bütün dünyaya nümayiş etdirdik ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti və respublika əhalisinin həyat tərzidir. Bizim tarixi keçmişimiz bizim mədəniyyətimiz sübut edir ki, müxtəlif xalqların millətlərin və dinlərin təmsilçiləri həmişə Azərbaycanda mehriban bir ailə kimi yaşamış və bu gün də belə yaşamaqdadır.
Əziz Tələbə yay məktəbinin iştirakçıları! Burada olduğunuz müddətdə Siz respublikanın universitetləri ilə tanış ola biləcəksiniz, Bakı və Sumqayıt şəhərlərinin görməli yerləri, Quba və Qobustan rayonları, xalqımızın mədəni-tarixi irsi ilə tanış olacaqsınız.Azərbaycana xoş gəlmisiniz!
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Bakı Slavyan Universitetinin prorektoru professor Telman Cəfərov, Ufa Dövlət Neft Texniki Universitetinin tələbələrinin qrup rəhbəri Albina Nəbiyeva, UDNSU-nun tələbəsi Diana Rinatovna , SDU-nun Fizika və elektroenergetika fakültəsinin tələbəsi Leyla Nəbiyeva çıxış edərək yay məktəbinin əhəmiyyətindən bəhs etdilər. Təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, bu gün keçirilən tədbir iki ölkə arasında yüksək səviyyəli əlaqələrə daha bir nümunədir. Onlar universitetlərimiz arasında tələbə-müəllim mübadiləsinin əməkdaşlığımızın inkişafına töhfə verəcəyini qeyd etdilər.
Tədbir universitetin bədii özfəaliyyət iştirakçılarının çıxışları ilə davam etdi.
Sonra universitetlə tanışlıq başladı. Tələbələr Tədris laboratoriyalarında oldular bunlardan, Ölçmə və sensor sitemləri laboratoriyası, İnformasiya texnologiyaları və sistemləri laboratoriyası, İxtisaslaşdırılmış auditoriyalar, Onlayn konfrans zalı, Ümumi tarix ,Arxeologiya və etnoqrafiya ,zəngin elmi kitabxana, geniş idman kompleksi ilə tanış oldular. Həmçinin qonaqlar Xəzərin incisi sayılan Sumqayıt şəhəri ilə tanış oldular.
Sozcu.info
Oxşar Xəbərlər
Binəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib- FOTO
SDU-da yeni tədris- təlim mərkəzinin və Elektron laboratoriyasının açılışı oldu
BDU Yessentukidə ilk rektorunun barelyefini açıb
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi
Xəbər lenti
Cəlilabadda avtomobil uşağı vurdu
Neft qiymətləri kəskin dönüş etdi
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq