Sumqayıt şəhərində kadr islahatları

Sumqayıt şəhərində kadr islahatları
Sumqayıt şəhər Maliyyə İdarəsinin müdiri işdən çıxarıldı

Bu dəfə Sumqayıt şəhər Maliyyə İdarəsinin müdiri Süleyman Köçərli tutduğu vəzifədən kənarlaşdırılıb.

Onun yerinə isə idarənin müdir müavini vəzifəsində çalışan Mətləb Möhübbət oğlu Məhərrəmov təyin olunub.

Kadr islahatları səhiyyə müəssisələrindən də yan keçməyib. Belə ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi, "Şöhrət” ordenli Vaqif Qəhrəmanov işdən çıxarılıb. Baş həkim vəzifəsinə Rauf Sadıxov təyin olunub.

Qeyd edək ki, Rauf Sadıxov tanınmış həkim İzzət Sadıxovun oğludur. R. Sadıxov 2005-2011-ci illərdə Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2009-cu ildə prezidentin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}