TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI - Pakistanın müraciətini nəzərə alıb...


ABŞ Prezidenti Donald Tramp Pakistanın tələbi əsasında İran tərəfinin razılaşma təklifini təqdim etməsinə qədər atəşkəsin uzadıldığını bəyan edib.

Tramp sosial media hesabında etdiyi paylaşımda qeyd edib ki, Pakistanın Baş naziri Şahbaz Şərif və Baş Qərargah rəisi Asim Munir tərəfindən edilən müraciət əsasında İranın lideri və nümayəndələri ortaq təklif təqdim edənədək atəşkəs qüvvədə qalacaq.

Tramp əlavə edib ki, Silahlı Qüvvələrə Hörmüz Boğazı ətrafında blokadanın davam etdirilməsi və digər bütün istiqamətlərdə yüksək hazırlıq vəziyyətində qalınması ilə bağlı göstəriş verilib. O vurğulayıb ki, İranın təkliflərini təqdim etməsinə və danışıqların yekunlaşmasına qədər atəşkəs uzadılacaq.



Oxşar Xəbərlər

Xəbər lenti