Dünən, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur.
Sozcu.info xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, pendirdə lizin, metionin və triptofan kimi əvəzolunmaz amin turşuları var. Xüsusilə triptofan serotonin hormonunun yaranmasında iştirak edir.
Serotonin isə insanın emosional vəziyyətinə müsbət təsir göstərən əsas maddələrdən biri sayılır. Bu səbəbdən pendirin rasiona daxil edilməsi əhvalın yaxşılaşmasına kömək edə bilər.
Bununla belə, mütəxəssislər pendirdən normadan artıq istifadə etməməyi də tövsiyə edirlər.
Musavat.com