8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Erməni sosial şəbəkələrin istifadəçilərinin qədimliklərini sübut etmək üçün mənə göndərdikləri "Roma imperiyasının xəritəsi” – XX əsrdə hansısa yezuit-rəssam tərəfindən çəkilmiş rəngli şəkildir.
Bu barədə Feysbuk səhifəsində ukraynalı tədqiqatçı, tarixçi, erməni əsilli məşhur bloger Filip Ekozyants yazıb.
"Erməni qardaşlar, görəsən alimləriniz nə vaxt sizə izah edəcək ki, Roma imperiyasının xəritəsi mövcud deyil? Təklif edirəm ki, kim tərəfindən çəkildiyi bilinməyən xəritələrdən istifadə etməyin, yaxşısı budur, özünüz Roma imperiyasının xəritəsini çəkin və ortasına böyük və aydın şəkildə Ermənistan yazın. Yox, yaxşısı qədim Ermənistan yazın ki, sonradan daha aydın sübut olsun”, - tarixçi bildirib.
"Roma imperiyasının xəritəsi”nin I əsrə aid olmadığı, qazıntılar zamanı tapılmadığı və Herodotun əsərlərindən götürülmədiyi artıq sübuta yetirilmiş faktdır. Bu, müasir dövrdə hazırlanmış xəritədir. Bu cür xəritələr dünyada milyonlarladır. Yüzlərlə kompüter proqramlarından istifadə edən istənilən şəxs analoji xəritələrdən çəkə bilər. Sadəcə axtarış proqramında: "rəsm yaratmaq – vintaj” sözlərini daxil edirsiniz və qədim geosiyasi vəziyyətə baxışınızı qurmağa başlayırsınız.
Ermənilər bu zarafata görünməmiş təntənə ilə yanaşdılar – sanki bu xəritəni az qala Herodot öz əlləri ilə çəkib. Bu xəritəyə toxunmaq, şəklini çəkmək olmaz. Birdən Allah eləməsin, fotokameranın işıqları onu korlayar.
"Piramidaların yaradıcıları” yenidən özlərini çətin vəziyyətə saldılar, ancaq artıq geri addım atmaq üçün çox gecdir. Odur ki, bu "qədim möcüzə”yə baxırlar və hələ də özlərini buludların üzərində hiss edirlər.\\Axar.az