8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Özəlləşdirmə effekt verəcəkmi?
Neftin ucuzlaşması ilə böyük gəlirlərdən məhrum olan bütün dövlətlər kimi Azərbaycan da çıxış yolu kimi əl atdqları addımlardan biri də dövlət əmlakının özəlləşdirilməsidir. Rusiyada böyük şirkətlərin, hətta "Başneft” kimi müəssisələrin satışa çıxarılacağı haqqında məlumatların ardınca Azərbaycanda da çoxsaylı dövlət müəssisə və obyektləri, hətta SOCAR-ın özəlləşdirməyə çıxarılacağı haqqında məlumatlar yayıldı. Sonradan Əmlak Məsələləri Dövlət Komitəsi SOCAR-ın özəlləşdiriləcəyi ilə bağlı şaiyələri təkzib etsə də, böyük özəlləşdirmənin aparılacağı haqqında məlumatı təsdiq etdilər. Hazırda isə artıq bu istiqmətdə ilk addımlar atılır. Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak - obyektləri, 10-u isə nəqliyyat vasitəsidir.Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərirlər. Bundan başqa, yerli və xarici investorların cəlb edilməsi üçün komitə tərəfindən 6 ASC barədə ətraflı məlumat – əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti və gələcək perspektivliyini özündə əks etdirən profillər də hazırlanaraq Özəlləşdirmə Portalında yerləşdirilib.İqtisadi aktivliyinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması ilə yanaşı, özəlləşdirmədən dövlət büdcəsinə daxil olmaların artırılmasına böyük ümid bəsləyir. Ancaq müstəqil ekspertlər Əmlak Məsələləri Dövlət Komitəsinin bu addımının effektli ola biləcəyini düçünmürlər. Bəzi ekspertlər hesab edir ki, böhran sistem xarakteri daşıdığı üçün iqtisadi islahatlarla yetərli olmayacaq. Ekspertlər siyasi və hüquqi islahatların keçirilməsini vacib hesab edirlər. Bu mənada mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiyaya ediləcək dəyişikliklər özəlləşdirmə prosesinə mənfi təsir edə bilər. Digər tərəfdən manatın məzənnəsi bazar iqtisadiyyatının qanunlarına uyğun tənzimlənməyincə özəlləşdirmə riskli olacaq. Çünki, bu gün dollarla bir neçə yüz minə başa gələn özəlləşdirilmiş obyekt müəyyən bir müddətdən sonra tamamilə dəyərini itirə bilər. Ona görə də, ekspertlər hesab edir ki istər daxili, istər xarici sərmayədarlar özəlləşdirməyə böyük maraq göstərməyəcək. Bu isə özəlləşdirməsi nəzərdə tutulan obyekt və müıəssisələrin dəyərindən ucuz satılmasına səbəb ola bilər. Məhz bu səbəbdəb Rusiyada bir çox strateji əhəmiyyətli obyektlərin özəlləşdirilməsi prezident Putin tərəfindən qadağan edilib. Azərbaycanda isə belə görünür ki, özəlləşdirmənin sürətlə davam etdirilməsində böyük maraq var. Ən azından Əmlak Məsələləri Dövlət Komitəsi çox israrlı görünür. Onun bu arzusunun sərmayçilər tərəfindən neçə qarşılanacağını yaxın zamanlarda görəcəyik. Hələlik isə Əmlak Məsələləri Dövlət Komitəsinin planlarının reallaşcağına ümid etmək qalır. Çünki, bu sıravi vətəndaşdan tutmuş dövlət başçısına kimi hər kəsi maraqlandıran məsələdir. Özəlləşdirmə büdcənin ehtiyac duyduğu böyük pulların axını təmin edəcək yeganə yol hesab olunur. Əgər hər şey Əmlak Məsələləri Dövlət Komitəsinin planladığı kimi gedərsə, büdcə ehtiyac duyduğu vəsaitlərə qovuşa bilər. Əgər bu planılar reallaşmasa o zaman dövlət həmin ehtiyac duyduğu pulları başqa mənbələr hesabına əldə etməyə çalışacaq. Bu zaman isə beynəlxalq maliyyə qurumlarından və zəngin dövlətlərdən borc alına bilər. Ancaq o da məlumdur ki, maliyyə qurumları Azərbaycana kredit verməkdə tərəddü edirlər. Belə vəziyyətdə cəlb edilən kredit baha olduğu üçün xeyirdən çox zərər verir. Buna görə ən yaxşı yol dövlət əmlakının özəlləşdirilməsidir. Hətta dəyərindən ucuz olsa belə. Çünki, bu zaman büdcə real pullar qazanmaqla yanaşı dövlət əmlakının saxlanılmasına görə çox böyük xərclərdən də azad olur. Ancaq yüksək faizli kreditlər almaq yolu seçilsə, bu pullar həmin dövlət əmlakının qotunub saxlanılmasına sərf edilə və bir müddətdən sonra dövləti yenidən özəlləşdirmə zərurəti qarşısında qoya bilər. Buna görə də, özəlləşdirmənin maksimum effektli olması dövlətin maraqlarına tam uyğundur. Ancaq adı korrupsiyada qalmaqallarında hallanmış qurum və şəxslərin bunu effektiv edə bilkəcəyi çox az inandırıcıdır. Çox yaxşı olardı ki, bu proses prezidentin iqtisadi islahatlar köməkçisinin nəzarəti altında həyata keçirilsin. Bu ən azından sərmayədarlarda maraq oyatmaq üçün effektli pisxoloji addım ola bilər. Buna görə də Azərbaycan dövləti bu prosesə kompleks tədbirlərlə əl atmalıdır. Əks halda Kərəm Həsənovun özəlləşdirməsi heç bir müsbət nəticə verməyəcək.
Azad Aydın,
"Yeni Sözçü" qəzeti