8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rövnəq Abdullayevin kürsüsü lağlayır
İqtidara yaxın bir saytda SOCAR-ın rəhbər şəxslərindən birinə qarşı korrupsiya ittihamlarını özündə ehtiva edən məqalə sadəcə olaraq bir məmurun gizlinlərinin üzə çıxarılması müstəvisindən baxılmamalıdır. Bu fikirdə olan ekspert adının çəkilməməsi şərti ilə bəzi fikirlərini bizimlə bölüşdü. Ekspertin sözlərinə görə, neftin qiyməti ucuzlaşdıqdan sonra çox ciddi maliyyə itgilərinə məruz qalan büdcənin böyük özəlləşdirmə hesabına doldurulması ilə bağlı fikirlər səslənir. Bunun üçün artıq hüquqi addımlar da atılıb.
Ötən ilin sonlarına yaxın "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi. Bununla da əvvəllər özəlləşdirilməsinə qanunla qadağa qoyulan sahələrdə də özəlləşdirmələrin aparılmasına yaşıl işıq yandırıldı. Qanuna dəyişikliklərin müzakirəsi zamanı məlum oldu ki, hətta baytarlıq sahəsi də artıq özəlləşdirilə bilər. İşıq, qaz, su xidmət sahələrinin təcili olaraq özəlləşdirilməsi ilə bağlı fikirlər səsləndi. Böyük özəlləşdirmə proqramına daxil edilə biləcək dövlət səhmdar cəmiyyətləri arasında ilk növbədə "Azərenerji”, AZAL, "Azərsu”, "Azəristliktəchizat”, "Azəraliminium” kimi ASC-lər yer ala biləcəyi qeyd edildi. Azərbaycan Dövlət Neft Şirkətinin-SOCAR-ın özəlləşdirilməsi ilə bağlı fikirlər də bu zaman səslənməyə başladı. Doğrudur, prezident İlham Əliyev SOCAR-ın özəlləşdirilməyəcəyi ilə bağlı açıqlama verərərək, "SOCAR dövlətin strateji aktivdir. Bu səbəbdən onun özəlləşdirilməsindən söz gedə bilməz”-dedi. Prezidentin bu bəyanatı iqtidarın rəsmi mövqeyi olduğu üçün SOCAR-ın ən azından indi özəlləşdirilməyəcəyi ilə bağlı qənaət yaradır. Ancaq bunu əbədilik də hesab etmək olmaz. Çünki, dünyanın böyük şirkətləri Azərbaycanın qeyri-neft sektoruna demək olar ki, maraq göstərmirlər. Hətta Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsinə maraq göstərmirlər. Bununla bağlı, hətta müraciət də yoxdur. Ekspertlər hesab edir ki, indi böyük kapitalın diqqəti İrana yönəlib və Rusiya, Azərbaycan kimi postsovet ölkələri ikinci plana keçib. Ona görə, Azərbaycanın ciddi xarici sərmayə cəlb edə biləcəyi şübhə doğurur.Onlar hesab edir ki, buna görə Azərbaycan gec-tez tam olmasa da, SOCAR-ın müəyyən hissəsinin özəlləşdirilməsi ilə bağlı qərar verəcək. Xüssusilə də neftin qiymətinin bir neçə il 30-40 dollar həddində qalması SOCAR-ın özəlləşdirilməsini qaçılmaz edə bilər. Görünür bir çox qüvvələr də məhz o günə hazırlaşırlar. Azərbaycanda bu günə kimi aparılan özəlləşdirilməni nəzərdən keçirəndə belə qənaət yaranır ki, hansı müəssisyə kim rəhbərlik edibsə, özəlləşdirmədən də o qazanclı çıxıb. İndi görünür məhz bu "ənənə”yə istinad edənlər SOCAR-ın özəlləşdirilməsi zamanı şirkətin onların idarəçiliyində olmasını istəyirlər. SOCAR-ı ələ keçirmək istəyənlər üçün isə ilk növbədə şirkətin prezidenti Rövnəq Abdullayevi vəzifəsindən kənarlaşdırmalıdırlar.SOCAR-ı ələ keçirmək istəyən qüvvələrin hamısının ilk hədəfi də məhz indi şirkətin rəhbər şəxslərinin "vurulmasıdır”. Ekspert Azərbaycan Dövlət Neft Şirkətinin Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə 20 milyon dollara villalar alması barədə KİV-də yer alan məlumatları da bu konteskdə izah etməyin daha doğru olduğunu qeyd edir. Ekspert sözlərini bununla əsaslandırır ki, həyat yoldaşının 20 milyon dollara 16 villa aldığı deyilən Qiymət Mehdiyevin SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamı, "sağ əli” olması iddia edilməyə başlandı. Dərhal da qeyd edildi ki, Mikayıl İsmayılov SOCAR-ın boz kardinaldır, şirkətdə bütün tikinti və maliyyə işlərini o kurasiya edir. Və beləliklə də Qiymət Mehdiyevin həyat yoldaşının 20 milyona 16 villa alması ilə bağlı məsələ SOCAR-da böyük korrupsiya olması rəyini yaratdı. İndi artıq hədəfdəki Qiymət Mehdiyev deyil. SOCAR-ın bütün rəhbərliyi ittiham obyektinə çevrilib. Bu mövzunun çox geniş tirajlanaması isə Rövnəq Abdullayevin "vurulması”nda maraqlı olan qüvvələrin hələlik birgə hərəkət etdiyini göstərir. Yeri gəlmişkən Qiymət Mehdiyevin həyat yoldaşının 20 milyon dollara 16 villa alması ilə bağlı məlmatı geniş tirajlanlayanlar nədənsə SOCAR rəsmisinin cəmi bir villarının olması haqqında təkzibini xəssisliklə yayırlar. Aydın görünür ki, bəzi qüvvələr bu məsələnin ictimai rəydə aydınlaşmasını qətiyyən istəmirlər. Bu fikirimiz bölüşən ekspert yaxın zamanlrda SOCAR-la bağlı başqa kompramatların mediya ötürülməsini istisna etmir. Hətta bu dəfə SOCAR-ın daha yüksək vəzifəli şəxsləri və onların ailə üzvüləri ilə bağlı kompramatlar mediaya ötürülə bilər. Bu zaman, hətta SOCAR-ın hansısa rəsmisinin övladının xaricdə təhsil alması və bu zaman təhsil aldığı şəhərdə çəkdirdiyi şəkillər komparamat kimi istifadə olunacaq. Bunu Qiymət Mehdiyevin oğlu ilə bağlı mediada yer alan şəkillər də təsdiq edir. Həmin şəkillərdə qeyri-adi heçnə olmasa da Qiymət Mehdiyevin oğlunun dəbdəbəli həyat sürməsi ilə bağlı iddialar səslənir. Halbuki, şəkillərdə bunu göstərən heç bir məqam yoxdur. Sadəcə olaraq Qiymət Mehdiyevin Barselonada təhsil alan oğlunun sosial şəbəkələrdə paylaşdığı fotolar onun dünyanın müxtəlif bahalı şəhərlərindəki səyahət etməsi kimi təqdim olunur.Avropada təhsil alan bir gəncin bu qitənin bir neçə şəhərində olması görəsən nə zamandan bahalı şəhərlərə səyahət sayılır? Ancaq indi heç kim bu sualı vermək istəmir. Bütün diqqətlər ölkədə ən "yağlı tikə” hesab olunan SOCAR-ın ələ keçirilməsinə yönəlib. Bu zaman isə bütün qüvvələr "məqsəd vasitəyə haqq qazandırır” prinsipi ilə hərəkət edir, niyyətlərinə çatmaq üçün bir tələbənin bir neçə şəklindən belə komparamat kimi istifadə etməkdən çəkinmirlər. Mövzun diqqətdə saxlamağa çalışacağıq. Çünki, biz SOCAR rəhbərliyi ilə bağlı kompramatların bununla bitməyəcəyini düşünürük.
Arzuman Loğmanoğlu