25-11-2025, 15:01
11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
Sozcu.info xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
"Dagüstü Park"da təmizlik işlərini həyata keçirən xanım şahid kimi ifadəsində deyib: "Biz gördük ki, şəhid qəbirlərinin yanında atılıb-düşürlər. Yaxınlaşdıq ki, belə etmək olmaz, onlar isə bizi başa düşmədilər, elə tullanıb-düşürdülər. Elə bil, toyxanada idilər, gülürdülər, oynayırdılar, hətta deyəsən, onları kimsə şillə ilə də vurub".
İfadə verən digər xanım şahidlər də ərazidə təmizlik işləri ilə məşğul olarkən həmin şəxslərin qəbirlərin yaxınlığında nalayiq hərəkətlər, hətta qəbirlərin üzərində rəqs etdiklərini bildiriblər.
Dekabrın 9-da keçirilməsi nəzərdə tutulan növbəti proses digər iki şahidin ifadələri ilə davam edəcək.
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.