8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cefri Saks
"Project Syndicate”, 22.10.2019
Dünyanın ən varlı şəhərlərindən üçü etiraz və iğtişaşlara sahidlik edib.
Paris Fransa prezidenti Emmanuel Makronun yanacaq vergisini qaldırmasından dərhal sonra, 2018-ci ilin noyabr ayından bəri etiraz və iğtişaş dalğası ilə üzləşib.
Honq-Konq baş icraçı direktor Karri Lamın materik Çinə ekstradisiya icazəsi verən qanun təklifindən sonra, mart ayından bəri təlatüm yaşayır.
Prezident Sebastian Pinera metro qiymətlərinin artmasını əmr etdikdən sonra Santyaqo da bu aydan iğtişaşlarla üzləşib.
Hər bir etirazın özünəməxsus yerli amilləri var, lakin bir araya gələrək ədalətsizlik hissi aşağı sosial hərəkətliliyin geniş yayılmış qavrayışı ilə birləşdikdə nəyin baş verə biləcəyi barədə daha geniş bir hekayət danışır.
İctimai əhval-ruhiyyə ilə əlaqəni itirən Paris, Honq-Konq və Santyaqonun rəsmiləri zahirən təvazökar bir siyasi hərəkətin (yanacaq vergisinin artması, ekstradisiya qanun layihəsi və daha yüksək metro qiymətləri) kütləvi sosial partlayışa səbəb olacağını təxmin edə bilməyiblər.
Adambaşına düşən ÜDM-in ənənəvi payına görə, bu üç şəhər iqtisadi uğurun parlaq nümunələridir.
Adambaşına düşən gəlir Honq-Konqda – 40.000 dollar, Parisdə – 60.000 dollardan çox, Latın Amerikasının ən varlı şəhərlərindən biri olan Santyaqoda – 18.000 dollar civarındadır.
Dünya İqtisadi Forumu tərəfindən verilən 2019-cu ilin Qlobal Rəqabətlilik Hesabatında Honkonq – 3-cü, Fransa 15-ci, Çili isə 33-cü yerdədir (Latın Amerikasında geniş fərqlə ən yaxşı göstərici).
Bu ölkələr adi standartlara görə olduqca zəngin və rəqabətqabiliyyətli olsalar da, onların əhalisi həyat səviyyələrinin əsas cəhətlərindən narazıdırlar. 2019-cu ilin Dünya Xoşbəxtliyi Hesabatına görə, Honq-Konq, Fransa və Çili vətəndaşları həyatlarının əhəmiyyətli yollarda ilişdiyini düşünürlər.
Hər il "Gallup” anketi bütün dünyadakı insanlardan soruşur: "Həyatınızdan, seçim azadlığınızdan razısınız və ya narazısınız?”
Honq-Konq adambaşına düşən ÜDM-də qlobal miqyasda 9-cu sırada olsa da, xalqın həyat tərzi seçmə azadlığı anlayışı baxımından 66-cı pillədədir. Eyni uyğunsuzluq Fransada (adambaşına düşən ÜDM-də 25-ci, seçim azadlığı üzrə 69-cu yer) və Çilidə (müvafiq olaraq 48-ci və 98-ci yerlər) aydın görünür.
Təəssüf ki, həm İrs Fondu, həm də Saymon Freyzer Universiteti Honq-Konqu bütün dünyada ən çox iqtisadi sərbəstlik dərəcəsi olaraq qiymətləndirir, halbuki Honq-Konq sakinləri həyat seçmə azadlığı sarıdan məyusdurlar. Üç ölkədə də varlılıq içində doğulmayan şəhər gəncləri əlverişli mənzil və layiqli iş tapmaq şanslarından ümidlərini itirirlər.
Honq-Konqda orta əməkhaqqına nisbətdə əmlak qiymətləri dünyada ən yüksək olanlardandır. Çili, yüksək gəlirli ölkələrin klubu olan OECD-də ən yüksək gəlir bərabərsizliyinə malikdir. Fransada elit ailələrin övladları həyat tərzində geniş üstünlüklərə malikdirlər.
Mənzil qiymətləri çox yüksək olduğuna görə əksər insanlar mərkəzi iş bölgələrindən uzaqlaşır və işləmək üçün ümumiyyətlə, şəxsi nəqliyyat vasitələrindən və ya ictimai nəqliyyatdan asılıdır.
Paris və Santyaqodakı etirazların partlayışından göründüyü kimi, cəmiyyətin bir çoxu nəqliyyat qiymətindəki dəyişikliklərə xüsusilə həssas ola bilər.
Honq-Konq, Fransa və Çili sosial hərəkətlilik və bərabərsizlikdən narazılıq böhranında yalqız deyillər. Birləşmiş Ştatlar da misli görünməmiş bərabərsizlik və xalqın hökumətə etimadının süqut etdiyi bir zamanda artan intihar nisbətləri və kütləvi atışmalar kimi digər sosial sıxıntı əlamətlərini yaşayır. Həmişə olduğu kimi, siyasət və iqtisadiyyatla davam etsək, şübhəsiz ki, ABŞ daha çox sosial partlayışlara şahid olacaq.
Bu nəticədən baş çıxarmaq üçün son üç hadisədən bir neçə dərs çıxarmalıyıq.
Hər üç hökumət etirazlara göz yumub.
Bəlkə də ən vacib və ən azı təəccüblü budur ki, ənənəvi iqtisadi rifah tədbirləri cəmiyyətin real düşüncələrini qiymətləndirmək üçün tamamilə yetərli deyil. Adambaşına düşən ÜDM bir iqtisadiyyatın orta gəlirini ölçür, lakin onun paylanması, insanların ədalət və ya ədalətsizlik haqqında təsəvvürləri, ictimaiyyətin maddi həssaslıq hissi və ya həyatın ümumi keyfiyyətinə çox ağır olan digər şərtlər (hökumətə etimad kimi) barədə heç nə demir.
Dünya İqtisadi Forumunun Qlobal Rəqabət İndeksi, İrs Fondunun İqtisadi Azadlıq İndeksi və Saymon Freyzer Universitetinin Dünyanın İqtisadi Azadlığı ölçüsü kimi reytinqlər də cəmiyyətin subyektiv ədalət hissi, həyat seçimi etmək azadlığı, hökumətin dürüstlüyü və həmvətənlərinin etibarlılığı haqqında çox az məlumat toplayıb.
Bu cür düşüncələri öyrənmək üçün ictimaiyyətdən birbaşa həyat məmnuniyyəti, şəxsi azadlıq hissi, hökumətə və həmvətənlərinə olan inam, həyat keyfiyyətinə və buna görə də sosial perspektivlərə çox bağlı olan sosial həyatın digər ölçüləri barədə soruşmaq lazımdır.
Həmkarlarım və mən hər il Dünya Xoşbəxtlik Hesabatında hesabat verdiyimiz "Gallup”-ın rifahla bağlı illik sorğularına tətbiq etdiyi yanaşmadan faydalanırıq.
2015-ci ildə dünya hökumətləri tərəfindən qəbul edilən 17 Davamlı İnkişaf Məqsədində (SDG) əks olunan dayanıqlı inkişaf ideyası ÜDM-in artımı və adambaşına gəlir kimi, ənənəvi göstəricilərdən kənara çıxaraq, sosial ədalət, etimad və ekoloji sabitlik də daxil olmaqla, daha zəngin hədəflər toplusuna keçməyi ehtiva edir. Məsələn, SDG-lər yalnız gəlir bərabərsizliyinə (SDG 10) deyil, geniş rifah tədbirlərinə də diqqət yetirirlər (SDG 3).
Əhalinin nəbzini tutmaq, sosial bədbəxtlik və etimadsızlıq mənbələrinə diqqət yetirmək hər cəmiyyətə lazımdır.Ədalət və ekoloji dayanıqlılıq olmadan iqtisadi böyümə rifah üçün deyil, tənəzzül üçün reseptdir. Dövlət xidmətlərinin daha geniş təmini, gəlirləri varlılardan daha çox kasıblarla bölüşdürmə və ekoloji sabitliyə nail olmaq üçün daha çox dövlət sərmayəsinə ehtiyacımız olacaq. Yanacaq subsidiyalarına son qoyulması və ya xərcləri ödəmək üçün metro qiymətlərinin qaldırılması kimi, yəqin ki, ağıllı siyasət aşağı sosial etimad, yüksək bərabərsizlik və ədalətsizlik hissi şəraitində həyata keçirilsə, kütləvi iğtişaşlara səbəb olacaq.
Tərcümə: Strateq.az